Xəbər lenti

 
 
Bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb.
 
Ovqat.com-un məlunatına görə, saat 11:00-da keçiriləcəyi gözlənilən iclasın gündəliyində 2 qanunvericilik paketi dayanacaq.
 
Paketlərin nədən ibarət olacağı bildirilmir.
 
Gözlənilir ki, Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanısın.
 
Bu baş verərsə, Azərbaycanın Ermənistana müharibə elan etmək hüququ doğacaq. 
 
Qeyd edək Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl müharibənin sərhədlərimizdən kənara çıxa biləcəyi barədə həyəcan siqnalı çalmışdı. Mümkündür ki, Hikmət Hacıyev həm də bu ehtimalı nəzərdə tutub belə bəyanat vermişdi.
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 195          Tarix: 9-10-2020, 09:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma