Xəbər lenti


“Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər tamamilə yalandır, cəfəngiyyatdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır:

“Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”.



Ana səhifəyə qayıt        Baxış: 2 587          Tarix: 29-09-2020, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma