Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.
Ovqat.com xəbər verir ki, dünənə qədər 5 dəfə Rusiya prezidenti Vladimir Putinə, 10 dəfələrlə Fransaya və digər ölkələrə zəng edib atəşkəs elan olunması üçün yalvaran Nikol Paşinyan bu müsahibəsində Dağlıq Qarabağın müstəqilliyindən vaz keçməyəcəklərini açıq-aşkar vurğulayır. Bu isə danışıqlar prosesinə qayıtmağı və imzalanan atəşkəs sazişini mənasızlaşdırır.
Yenidən müharibənin qapısını döyən müsahibəni olduğu kimi diqqətə çatdırırıq:
- Cənab Baş nazir, siz cəbhədən bir neçə saat əvvəl qayıtmısınız. Orada vəziyyət necədir?
- Azərbaycanlılar istisnasız olaraq bütün şəhər və kəndləri raketlə atəşə tutur, bu zərbələr xüsusilə də öz evlərini tərk etmək və sığınacaqlara sığınmağa məcbur olan dinc əhaliyə istiqamətlənir. Cəbhədə isə qızğın döyüşlər gedir, lakin ermənilər qarşı-qarşıya qalırlar və deyə bilərəm ki, Azərbaycan Ordusunun heç bir strateji uğuru yoxdur.
- Ankaranın birbaşa iştirakını təsdiq edirsiniz?
- Düşünürəm ki, bu, artıq sübut olunmuş faktdır və bunu əsaslandırmaq üçün sadəcə olaraq, açıq bəyanatlara nəzər salmaq kifayətdir. Qeyd etmək lazımdır ki, dünən “New York Times” Gəncə hava limanında Türkiyənin F-16 təyyarələrinin olması barədə məlumat dərc edib. Bu müddət ərzində biz Türkiyənin F-16-nın döyüş əməliyyatlarına cəlb olunduğuna dair xəbərdarlıq etdik, lakin bu, qarşı tərəfdən inkar edildi və nəhayət, biz bunun sübutunu görürük. Yüksək vəzifəli Türk məmurlarının səsləndirdikləri açıq bəyanatlar var. Sizə bir misal gətirim; ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentləri və XİN başçıları dərhal atəşkəs haqqında bəyanat verirlər, Türkiyə isə ümidvar olduğunu bildirir ki, Azərbaycan döyüş əməliyyatlarını dayandırmayacaq. Digər tərəfdən isə bəyan edir ki, həm diplomatik sahədə, həm də döyüş meydanında Azərbaycanı dəstəkləyir.
- Bəs cəbhədə olan Suriya terrorçuları barədə nə deyə bilərsiniz?
- Artıq beynəlxalq aləmdə etiraf edilib ki, Türkiyə Suriyadan cihadçıları azərbaycanlılara kömək üçün gətirib. Buna görə də cəbhədə terrorizmlə mübarizə gedir, burada sivilizasiya vəhşiliyə qarşı çıxır. Ermənistan və Dağlıq Qarabağ Ankaranın ekspansionizmi yolunda son maneədir və əgər beynəlxalq ictimaiyyət yaxın zamanlarda müdaxilə etməsə, o, 17-ci əsrdə Osmanlılarla olduğu kimi, tezliklə Vyananın qapısında türkləri görəcək.
- Beynəlxalq ictimaiyyətdən nə gözləyirsiniz?
- İlk növbədə, Dağlıq Qarabağın Azərbaycan tərəfindən hücuma məruz qaldığı, onun qoşunları artıq bir aydır ki, Türkiyə qoşunları ilə təlimlər keçirdiyi etiraf edilir. Hərbi əməliyyatlar zonasında olan cihadçıların təmsil etdikləri təhlükəni dərk etmək lazımdır. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ erməniləri soyqırımı təhlükəsi altındadır, deməli, bu təhlükənin qarşısını almaq üsulu beynəlxalq birlik və Avropa ölkələri tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmalıdır.
- Əgər belə deyək, Ermənistan xahiş etsə, Moskva Yaxın vaxtlarda müdaxilə edəcəkmi? Cənab Putindən hansı gözləntiləriniz var?
- Rusiyanın Ermənistan qarşısında təhlükəsizliyin təmini üzrə müəyyən müqavilə öhdəlikləri var və onlar müəyyən şərtlər daxilində fəaliyyət göstərməlidir. Müvafiq hallar yaranarsa, əminəm ki, Rusiya öz müqavilə öhdəliklərini yerinə yetirəcəkdir. Onu da qeyd etmək istəyirəm ki, Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və ATƏT - in Minsk qrupu yeganə formatdır ki, onun çərçivəsində Qarabağ problemi ilə bağlı danışıqlar aparılır. Və bu da nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının prezidenti də dünən belə zərurət yaranacağı təqdirdə təhlükəsizliyin təmin olunması üçün Ermənistan qarşısında öz öhdəliklərini yerinə yetirəcəyini bəyan edib.
- Ermənistan və Dağlıq Qarabağ bir millət deyil?
- Etnik baxımdan biz bir xalqıq, fərqi yoxdur. Biz bir dildə danışırıq, bir dinə mənsubuq. Yəni Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında heç bir fərq yoxdur.
- Dağlıq Qarabağ 30 ilə yaxındır ki, müstəqildir. Nə üçün onu dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tanımır?
- Ermənistanla bağlı vəziyyət başqa cürdür. Əlbəttə, biz bu fürsəti müzakirə edirik, lakin Ermənistanın etirafı beynəlxalq münasibətlər baxımından vəziyyəti az dəyişəcək, çünki biz onu de-fakto tanıyırıq və münasibətlərimiz var. Beynəlxalq planda və münaqişənin həlli aspektində isə digər ölkələrin Dağlıq Qarabağı tanıması vəziyyəti dəyişə bilər. Məhz buna görə də mən hesab edirəm ki, bu vəziyyətdə bu terror aktının qarşısını almaq üçün ən səmərəli diplomatik vasitə Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasıdır.
- Dağlıq Qarabağı güzəştə getməyə nə hazırdır?
- Dağlıq Qarabağ həmişə kompromisə hazır olduğunu bəyan edib, amma Azərbaycan heç vaxt danışıqlar aparmaq istəmirdi. Çünki bu, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun tanınması deməkdir. Bakı 1991-ci ildə, müstəqillik uğrunda gedən müharibəyə qədər yenidən status-kvoya qayıtmaq istəyir.
- Sizin kimi pasifist (zorakılıq əleyhdarı – Ovqat.com) üçün kaska və hərbi geyimdə hərbi zonaya getmək asan olmamalıdır. Çünki siz deyirsiniz ki, Qandi, Martin Lüter Kinqlə və Mandeladan İlham almısınız.
- Terror aktı baş verdikdə, sən cavab verməyə məcbursan və bu gün Dağlıq Qarabağ erməniləri yaşamaq hüququnu qorumalıdırlar. Çünki əminəm ki, azərbaycanlılar Ankaranın onlara təhkim etdiyi islamçılara nəzarət edə bilməyəcəklər. Bizim kəşfiyyatçılarımıza görə, onlar Azərbaycana gələrkən, ilk növbədə, alkoqolun satışını qadağan etməyə və şəriət qaydalarını tətbiq etməyə çalışırdılar.
- Bu müharibə sizə şəxsiyyət kimi də toxundu.
- Bəli, Çünki 20 yaşı olan oğlum könüllü olaraq cəbhəyə gedib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar