Xəbər lenti
Bu gün, 19:25

 
ABŞ Dövlət Departamentinin sədri Pompeo tərəfləri Qarabağda “zorakılığın mahiyyəti” üzrə və dayandırılması ilə bağlı danışıqlara çağırıb.
 
Ovqat.com xəbər verir ki, Dövlət Departamentinin sədri Morqan Ortaqus yazılı açıqlamasında bunu bildirib.
 
Onun sözlərinə görə, dövlət katibi, həmçinin iki tərəfin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlara başlanılmasının vacibliyinə inanır.
 
"Pompeo vurğulayıb ki, zorakılığa son qoymaq və mülki şəxsləri müdafiə etmək lazımdır. Dövlət katibi, həmçinin münaqişənin Helsinki Yekun Aktının prinsiplərinə əsasən, zorakılığa məruz qalmamaq, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüquqlarına təhlükə yaratmamaq üzrə substantiv danışıqlara başlamasının vacibliyini vurğulayıb", - deyə Morqan Ortaqus bəyanatda bildirib.

Ovqat.com-un şərhi
 
Pompeonun çağırışında həm ərazi bütövlüyünü, həm də xalqların öz müqəddaratını təyinetmə hüququnu eyni anda danışıqların şərti kimi irəli sürməsi problemi çözümsüzlüyə sürükləyən əsas amildir. Nədən ki, ermənilə öz müqəddaratını təyinetmə deyəndə Dağlıq Qarabağın müstəqilliyini başa düşürlər. Bu isə dövlətlərin ən vacib prinsipi olan ərazi bütövlüyünə ziddir.
 
Bununla yanaşı, açıqlamada ərazi bütövlüyü şərtinin əvvəl səsləndirilməsi diplomatik qaydalarda öncəliyin bu prinsipə verildiyini göstərir. Açıqlamadan anlaşılır ki, Pompeo da, ermənilərin öz müqəddaratını təyinetmə hüququnu Azərbaycan Respublikasının daxilində görür. 
 
Bu, əslində rəsmi Bakının da mövqeyinə uyğundur. Prezident İlham Əliyev bu yaxınlarda verdiyi müsahibələrindən birində Dağlıq Qarabağa hər hansı referendum keçirmədən bəzi mədəni muxtariyyət verilə biləcəyinə eyham vurmuşdu.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 855          Tarix: 23-10-2020, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma