Xəbər lenti


 
Sabah saat 8.00-dan Dağlıq Qarabağda atəşkəs rejimi başlayacaq.
 
Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.
 
Dövlət Departamentinin məlumatına görə, "humanitar atəşkəs” qərarı Minsk qrupunun (ATƏT) həmsədrləri arasında intensiv danışıqların aparılmasından sonra verilib və Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşmasına kömək edəcək.
 
Qeyd edək ki, bu dəfə atəşkəs Azərbaycanın xeyrinədir. Ermənistanı Dağlıq Qarabağa birləşdirən bütün dəhlizləri öz nəzarəti altına götürəndən sonra Azərbaycan daha rahat danışıqlar masasına otura və öz haqlı mövqeyini təlqin edə bilər. Bu səfər ermənilərinin vaxt uzatmasının da ziyanı özlərinə olacaq. Çünki Dağlıq Qarabağda təhcizat yolları bağlanan düşmən qüvvələri bir an öncə bu çətin vəziyyətdən qurtulmağa çalışacaq. Danışıqlar prosesi zamanı öz itkilərini bərpa edə bilməyəcəklər, ərzaq qıtlığı və havaların soyuması ilə gizləndikləri səngərdə  getdikcə daha çətin vəziyyətə düşəcəklər.


Ana səhifəyə qayıt        Baxış: 4 027          Tarix: 26-10-2020, 00:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma