Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Maykl Kofman
Dağlıq Qarabağdakı erməni qüvvələri çox çətin vəziyyətdədir: Azərbaycan pilotsuz təyyarələrinin və topçularının hücumları altında sıraları yavaş-yavaş, amma qətiliklə azalır və daim geri çəkilmək məcburiyyətində qalırlar. Səmərəli əks hücum təşkil edə və ya itkilərin əvəzini çıxara bilməyən Ermənistan ordusu əhəmiyyətli mövqelərini itirdi.
Azərbaycan ilk hücum zamanı əhəmiyyətli uğur qazanmasa da, son iki həftə ərzində Xankəndinin cənubunda və İran sərhədi boyunca əhəmiyyətli əraziləri ələ keçirdi. Nəticədə, Dağlıq Qarabağı Ermənistanla bağlayan Laçın dəhlizi Azərbaycan topçularının əli çatacaq məsafəyə gəldi, və erməni qüvvələri dəhlizin kəsiləcəyi ilə təhdid edildilər. Mümkündür ki, Azərbaycan yaxın bir neçə gün ərzində bu vacib tədarük xəttini ələ keçirsin və ya heç olmasa onu bağlamağa başlasın. (Artıq bu reallaşmışdır – Ovqat.com) Bu yazı qələmə alındığı vaxt erməni qüvvələri cəbhədə vəziyyəti sabitləşdirməyə və Azərbaycanın Laçına doğru irəliləməsini dayandırmağa çalışırdılar. Bu ərazidə şiddətli döyüşlər fonunda cəbhə bu və ya digər istiqamətdə irəliləyir.
Cəbrayıl, Hadrut və Füzulini alan Azərbaycan hərbçiləri qərbdə Həkəri çayı vadisinə doğru irəlilədilər və şimala yönəldilər. Müharibə başa çatmayıb, amma Ermənistanın bu əraziləri geri almaq və ya əldən verdiyi əhəmiyyətli itkiləri bərpa etmək fürsətinin olmadığı aydındır: mövqelərini təslim etməmək cəhdi erməni qüvvələrinin mühasirəyə düşməsiylə nəticələnə bilər. Beləliklə, Bakının cəbhədəki uğurlara və nəzarəti altındakı ərazilərin geri qaytarılmazlığına əsaslanaraq əhəmiyyətli siyasi qələbə qazandığını söyləyə bilərik, hərçənd Azərbaycanın hücumu dayandırmaq niyyətində olduğuna dair hər hansı əlamət yoxdur.
Hərbi avantaj uzun müddətdir Ermənistan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünə sahib olan Azərbaycanın tərəfindədir. On illərdir ki, Bakı enerji mənbələri ixracatından qazandığı pulu Rusiya, Türkiyə və İsraildən müxtəlif texnika alaraq ordunun modernləşdirilməsinə yatırır.
Erməni qüvvələri Azərbaycanın zirehli maşınlarını, hava hücumundan müdafiə sistemlərini və ərazidəki hərbi obyektləri məhv etmək üçün səmərəli şəkildə faydalanmağa başladığı hücum pilotsuz təyyarələrini və kamikaze dronlarını ilə qarşılaşmağa hazır deyildi. Erməni qüvvələri Azərbaycanın yeni imkanlarına uyğunlaşmadı, köhnəlmiş hava hücumundan müdafiə sistemlərini nisbətən az sayda yerləşdirməyə davam etdi. Üstəlik, zirehli maşınları elə yerləşdirdi ki, əksər hallarda onlar hava hücumlarının hədəfinə çevrildilər.
Azərbaycan əvvəllər də pilotsuz təyyarələrdən istifadə edirdi, lakin bu qədər effektiv olmaqdan uzaqdı. Bakının hərbi fəaliyyətindəki dramatik dəyişiklik və pilotsuz təyyarə donanmasının döyüş effektivliyi qismən Ankaranın dəstəyinin artması ilə əlaqələndirilə bilər.
Bəzi analitiklər, Azərbaycana yüzlərlə hərbi məsləhətçi göndərən Türkiyənin pilotsuz təyyarələrin istifadəsini koordinasiya etdiyini, kəşfiyyat məlumatları təqdim etdiyini və bəlkə də birbaşa TB2 dronlarını idarə etdiyini irəli sürürlər. Türkiyənin müdaxiləsinin dərəcəsi aydın deyil, lakin Ermənistan və Azərbaycan arasında əvvəlki toqquşmalara nisbətən keyfiyyətcə fərqli bir xarakter daşıyır. Bu, Azərbaycanın silahlı qüvvələrinin döyüşə qadir olmadığı anlamına gəlmir, amma hərbi cəhətdən daha inkişaf etmiş bir gücdən yardım aldıqları da ortadadır.
Texnologiya texnologiyadır, amma nəticədə müharibə iradələrin toqquşmasıdır və hər iki tərəfin də mübarizə iradəsini qoruduğu açıqdır. Tanklar, toplar və hava hücumundan müdafiə sistemlərindəki böyük itkilərə baxmayaraq, Ermənistan hərbçiləri qoşunların çökməsinə və məğlub olmasına imkan vermədilər. Bu müharibənin də göstərdiyi kimi, pilotsuz təyyarələr təsirli silahlardır, lakin əraziləri ələ keçirmək və saxlamaq gücündə deyillər. Bununla belə, onlar Azərbaycanın erməni müdafiəsini zəiflətməsinə, ehtiyatlarına və tədarük xətlərinə hücum etməsinə fürsət verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan əsgərləri zirehli texnikalar tərəfindən dəstəklənən xüsusi qüvvələr və piyadalarla inamla irəliləməyə başladılar. Ermənistanın müdafiə xətti zəiflədikcə Azərbaycan yerli cəbhələrdə üstünlük qazanır. Göründüyü kimi, bəzi bölgələrdə Azərbaycan qüvvələri az müqavimət göstərərək irəliləyirlər.
Atəşkəs əldə etmək cəhdləri bu günə qədər nəticəsiz qaldı. Heç bir tərəf hələ müharibədən bezməyib və bu səbəbdən də Azərbaycanın atəşkəsə razı olmasının xüsusi bir səbəbi yoxdur. Göründüyü kimi, müharibə azərbaycanlılar arasında geniş dəstək qazanır, xüsusən də açıq-aşkar qalib gəldikləri üçün.
Azərbaycan qoşunları Ermənistanla sərhədə yaxınlaşdıqca müharibə İrəvan üçün ölüm-qalım məsələsinə çevrilə bilər. Hərbi məğlubiyyət kimi görünən və hiss olunan şeyin, şübhəsiz ki, müharibə zonasına düşənlər üçün humanitar nəticələri demirəm, Ermənistan rəhbərliyi üçün siyasi nəticələri olacaqdır.
Görünən budur ki, Bakı bütün Dağlıq Qarabağı və ona bitişik əraziləri Ermənistanın nəzarətindən geri qaytarmaq üçün maksimalist bir məqsəd güdür. Hər halda, Prezident İlham Əliyevin yüksək səsli bəyanatlarından çıxarıla bilən nəticə belədir. İndiki şəraitdə hər iki tərəf atəşkəsə razı olsa belə, Ermənistan Azərbaycanın növbəti il hərbi əməliyyatları bərpa edə biləcəyini anlayaraq öz mövqeyini müəyyənləşdirir.
Bu arada, Ermənistan silahlı qüvvələrinin son dörd həftədə texnikalardakı böyük itkilərə görə hərbi qabiliyyətlərini tamamilə bərpa edə bilməyəcəyi ehtimal olunur. Eyni zamanda, Azərbaycanda qurbanları da var, onların çoxu rejim tərəfindən açıqlanmır.
03.11.2020
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar