Xəbər lenti

 
 
“DQR” Ermənistanı Azərbaycana qarşı müharibə elan etməyə çağırıb.
 
Ovqat.com hesab edir ki, bu, əslində Azərbaycana çağırışdır. 
 
Yəni, “tarixi torpaqlarınız olan İrəvan xanlığının ərazisini biz ermənilərdən alın”, - deyirlər. Erməni də olsalar, ağıllı təklif irəli sürürlər.
 
 “DQR”-nın bu acizanə xahişini olduğu kimi təqdim edirik:
 
“Ermənistanın erməni xalqına və Ermənistan Respublikasının hakimiyyət orqanlarına müraciət edirik!
 
Bütün ağlasığan və ağlasığmaz sərhədlər keçildi, artıq ətrafa baxmaq hüququmuz yoxdur, dərhal Artsaxımızın tam və hərtərəfli müdafiəsini həyata keçirmək məcburiyyətindəyik! Xəyallarda gəzməyi, yeni müttəfiqlər axtarmağı dayandırın!
 
Ermənistan hökumətindən Ermənistan ordusunun imkanlarından, mövcud hərbi potensialdan tam istifadə etməyi, doğma torpaqların müdafiəsində könüllülərə mane olmamağı tələb edirik!
 
Artsaxın müstəqilliyinin tanınmasını tələb edirik! Və nəticələrini qürur və ləyaqətlə qəbul edin, hər şeyi azad Artsax, azad Ermənistan adına həyata keçirin!
 
Ermənistan sakinlərini erməni xalqının iradəsini açıq şəkildə, ucadan, inamla ifadə etməyə çağırırıq – Siz bunu bacarasınız”.
 


Ana səhifəyə qayıt        Baxış: 3 970          Tarix: 10-11-2020, 00:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma