Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Dünən Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu, Milli Müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. Görüşdə Azərbaycan tərəfindən Müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev də yer alıb.
Şəkildə də göründüyü kimi, diqqəti cəlb edən ən maraqlı məqam Türkiyə heyətinin bizim rəhbər şəxslərdən daha qələbəlik olmasıdır. Bu fakt qardaş Türkiyənin Azərbaycanın ən ümdə məsələsi olan Dağlıq Qarabağa nə qədər həssas yanaşdığından xəbər verdiyi kimi, həm də bu mübarizədə bizim ölkə rəhbərliyi arasında kimin çiyinlərinə daha çox yük düşdüyünü göstərir.
Məlumdur ki, Dağlıq Qarabağ uğrunda mübarizənin iki mühüm tərəfi var: diplomatik cəbhə, savaş meydanı. Maraqlıdır ki, dövlət rəhbərlərimizin əyləşdikləri masalar da bu qaydaya uyğun seçilib. Prezidentin sağ tərəfində diplomatlar, sol tərəfində isə hərbi rəhbərlər əyləşib.
Diplomatik cəbhədə Xarici İşlər naziri Ceyhun Bayramov kimi, Prezident köməkçisi Hikmət Hacıyevin də mühüm işlər gördüyü bəllidir. Bir çox hallarda Hikmət Hacıyevin fəaliyyəti daha çox nəzərə çarpır. Görünür, bu da onun diplomatik sahədəki təcrübəsindən irəli gəlir. Sirr deyil ki, diplomatik korpusun yeni rəhbəri olan Ceyhun Bayramov bütün uğurlarına rəğmən, bu sahədə böyük təcrübəyə malik deyil. Baxmayaraq ki, indiki vəzifəyə təyin edildiyi gündən olduqca çətin situasiya ilə qarşı-qarşıya qalmış, Rusiyada, Türkiyədə, ABŞ-da öz şəxsi qabiliyyəti ilə sınaqlardan uğurla çıxmağı bacarmışdır.
Qeyd edilməsə də, bəllidir ki, onun bu uğurunda Hikmət Hacıyevin təcrübəsi az rol oynamayıb. Bir çox hallarda Azərbaycanın diplomatik cəbhəsində hər iki şəxsin birgə çalışmaları açıq şəkildə özünü büruzə verir. Bu, xüsusilə, xarici ölkələrimizdəki səfirlərlə görüşlərin birgə keçirilməsi faktı ilə öz təsdiqini tapıb.
Dünənki görüşdə gözə çarpan digər mühüm məqam hərbi sahə ilə əlaqədardır. Belə ki, bir Müdafiə naziri kimi Zakir Həsənovun sözügedən görüşdə iştirakı qətiyyən təəccüblü görünmür. Söhbət hərb meydanındakı fəaliyyətdən getdiyindən aparılan əməliyyatlar barədə ən informasiyalı adamlardan biri, əlbəttə, Müdafiə naziri olmalıdır. Yeri gələndə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovun da əsas vəzifəsi əks cəbhədə baş verənləri araşdırmaq, bir sıra tədbirlərlə düşmən qüvvələrini zəiflətməkdir.
Bu baxımdan görüşdə DTX rəhbəri Əli Nağıyevin iştirakı daha diqqətəşayandır. Zira, xarici əks-kəşfiyyat onun idarə etdiyi qurumun vəzifəsi olmadığından Əli Nağıyevin görüşdəki iştirakı xüsusi anlam daşıyır. Belə qənaət yaranır ki, diplomatiya sahəsində Hikmət Hacıyevin vəzifəsi kimdirsə, Əli Nağıyev də hərb sahəsində eyni missiyanı yerinə yetirir. Geniş təcrübəsindən, operativ əməliyyatlar qurmaq bacarığından istifadə edərək düşmən tərəfində ciddi təxribatların yaradılmasında DTX sədrinin də mühüm rolu olduğu anlaşılır. Ümumiyyətlə, Əli Nağıyevin rəhbərliyi altında DTX-nın Xarici Kəşfiyyat Xidməti ilə qarşlıqlı koordinasiya ilə uğurlu əməkdaşlıq modeli yaratdığı iddia olunur. İşinin xarakterindən qaynaqlanan səbəblərdən bir çox hallarda pərdə arxasında dayanmaq məcburiyyətində qalmasına baxmayaraq, Əli Nağıyevin əməliyyat planlarının qurulmasında ciddi rol oynadığını bugünkü görüşdə iştirakı da təsdiqləyir.
Yeri gəlmişkən, Əli Nağıyev hakim komanda arasında bəlkə yeganə şəxsdir ki, I Qarabağ savaşında əlinə silah alıb ön cəbhədə döyüşüb. Onun döyüş sahəsində ciddi təcrübələri var və əməliyyat şəraitini yaxşı bilir. Sabiq MTN əməkdaşı olan İlham İsmayılın mətbuata verdiyi açıqlaması da bu ehtimalı gücləndirir: “Biz Əli Nağıyevlə birlikdə “Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var”.
Bildirildiyinə görə, Əli Nağıyev Şuşa ətrafında, xüsusilə Daşaltı döyüşlərində də fəal iştirakı ilə yadda qalıb. İlham İsmayıl məhz bu döyüş təcrübələrinə əsaslanaraq Əli Nağıyevin “15 il sonra indiki vəzifəyə peşəkar şəxs təyin olunduğunu” istisna etməmişdi.
Prezidentin son dövrlər güc strukturlarında apardığı kadr islahatları zamanı üzərində dayandığı fiqurların hərbi təcrübəyə malik olması Dağlıq Qarabağ döyüşlərində qazandığımız uğurların təsadüfən ortaya çıxmadığını, Azərbaycanın ən azı il yarım əvvəl bu ağır sınağa hazırlaşdığını sübuta yetirir.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar