Xəbər lenti
Bu gün, 12:20
Bu gün, 10:21
Dünən, 17:22
Dünən, 12:32
Dünən, 11:30
10-01-2025, 23:30
10-01-2025, 22:30
10-01-2025, 21:52
10-01-2025, 20:49
Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası bəyanat verib.
Bəyanatda deyilir:
“Məlum olduğu kimi Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurunu tanımasıyla bağlı siyasi qərar çıxarıb.
Birmənalı olaraq bəyan edirik ki bu qərar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı Fransa Senatı tərəfindən düşünülərək, planlı şəkildə həyata keçirilmiş siyasi qəsddir. Bu hal bütün dünyanın gözü qarşısında Fransa Senatının separatizmi və terroru dəstəkləməsinin əyani sübutudur. Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu qərarı 1992 –ci ildə Azərbacan dövlətinin BMT tərəfindən tanınmış ərazi bütövlüyünə qarşı atılmış siyasi akt kimi qəbul edirik.
Azərbaycan münaqişənin ilk illərində Fransa ilə yüksək səviyyəli münasibətlər quraraq və bu dövlətə böyük ümidlər bəsləyərək 1997 –ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq vermişdir. Azərbaycanda Fransanın iqtisadi maraqları maksimum təmin edilmiş, 50-dən çox fransız şirkətinə ölkəmiz ərazisində fəaliyyət göstərmək ümün geniş imkanlar yaradılmış, Azərbaycanla Fransanın aparıcı fransız şirkətləri ilə 2,2 milyard dollarlıq anlaşmalar imzalanmışdır.
Fransada çoxsaylı mədəni layihələr icra edilmiş, Heydər Əliyev fondunun vəsaiti hesabına Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr muzeyi bərpa olunmuş və digər humanitar layihələr həyata keçirilmişdir.
Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən bu günədək davam edən qərəzli addımlar gostərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir və işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında nəinki fərq qoymur, əksinə işğalçını müdafiə edən mövqe nümayiş etdirir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmiş Fransa indi belə bir Qətnamə qəbul etməklə faktiki olaraq atəşkəs razılaşmasını pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır.
Tarixində görünməmiş qətliamlar törətmiş bir ölkə Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamlarla çıxış edərək bu cür bir qətnamələr qəbul etməkdənsə yaxşı olardı ki, Əlcazairdə, Tunisdə, Mərakeşdə, Çadda, Qobonda, Kamerunda, Ruandada, Cibuti, Kamboca və Vyetnamda törətdiyi soyqırımlara qiymət versin, eləcə də BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirsin.
Bütün yuxarıda sadalananları nəzərə alaraq Azərbaycan Milli İstitqlal Partiyası tələb edir ki,
- Fransanın dərhal ATƏT Minsk Qrupu həmsədrliyindən, eləcə də ümumiyyətlə Minsk Qrupu üzvlüyündən çıxarılması ilə bağlı hüquqi prossedura başlanılsın.
- Azərbaycanın Fransadakı səfiri geri çağırılsın, Azərbaycandakı Fransa səfirinin etimadnaməsi ləğv edilsin.
- Fransa Senatının məlum Qətnamənin lehinə səs vermiş 305 nümayəndəsinin Azərbaycana girişinə ömürlük qadağa qoyulsun.
- Azərbaycanda fəaliyyət gösrətən 50 fransız şirkətinin, eləcə də Fransız məktəblərinin ölkəmizin ərazisindəki fəaliyyətinə yenidən baxılsın.
- Fransa istehsalı olan məhsulların ölkəmizə girişinə qadağa qoyulsun.
- Fransa ilə bütün siyasi, mədəni, iqtisadi və humanitar əlaqələr dayandırılsın”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər