Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Bu gün Bakıda Azərbaycan Ordusunun ermənilər üzərində qələbəsini qeyd edirlər. Paradda iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da Bakıya təşrif buyurub. Di gəl ki, onun rəhbərlik etdiyi ölkənin ən böyük vilayətlərindən olan Qarsda bu gün matəm havası əsəcək.
Maraqlıdır ki, səbəb Türkiyədən yox, Azərbaycandan qaynaqlanır.
Ovqat.com-un Qars sakinlərindən aldığı məlumata görə, Azərbaycanın bu şəhərdəki Baş konsulu Nuru Quliyev bütün hər kəsi matəmə dəvət edib.
Bildirilir ki, Qars konsulluğumuz böyük siyasətçi Heydər Əliyevin vəfatının 17-ci ildönümünü məhz bu günə – Qələbə paradının keçirildiyi tarixə salıb. Bu məqsədlə vilayətdəki bütün qeyri-hökumət təşkilatları matəmə dəvət olunub.
Əməkdaşımızla əlaqə saxlayan qarslılar Heydər Əliyevin 12 dekabrda vəfat etdiyini xatırladır və matəmin niyə 2 gün əvvələ çəkilib Qələbə gününə salındığı ilə maraqlanırlar.
Qarslılar onu da vurğulayırlar ki, Azərbaycan prezidenti əvvəl 10 noyabr tarixinə elan etdiyi Zəfər Bayramının vaxtını həmin gün Türk dahisi M.K.Atatürkün vəfatı səbəbilə 2 gün əvvələ çəkdi: “Bu böyük həssasiyyətə görə biz Cümhurbaşkanına çox mütəşəkkirik. Gerçəkdən də İlham Əliyev bu addımı ilə ölkələrimizin “bir millət iki dövlət” olduğunu ortaya qoydu. İlgincdir ki, Azərbaycanın Qars konsulluğu da digər türk dahisi Heydər Əliyevin vəfat tarixini 2 gün əvvələ çəkib, amma onu gətirib Bakıda keçirilən Zəfər Bayramı ilə eyni günə salıb. Heyrət bir şey! Sayın Nuru Quliyev bununla hansı mesajı vermək istəyir?”
Nuru Quliyevin bu anlaşılmaz mövqeyini anlaya bilməyən bir sıra təşkilatlar Heydər Əliyevin yas ildönümündə iştirak edib-etməməyə qərar verə bilmədiklərini bildirirlər.
Ümidvarıq ki, Azərbaycan XİN Qars vətəndaşlarını narahat edən bu suala cavab verəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar