Xəbər lenti

 
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla Zəfər paradından sonra Şəhidlər Xiyabanını ziyarət edib.
 
Ovqat.com-un məlumatına görə, ölkə rəhbərləri daha sonra Şəhidlər Xiyabanının girişindəki Türk camiisinə gedib, bərabər namaz qılıblar.
 
Müşahidəçilər bu jesti Allaha zəfər şükranla yanaşı, həm də regional dövlətlərə verilmiş mesaj kimi qiymətləndirirlər. Azərbaycanın ermənilər üzərində qazandığı zəfər münasibətilə düzənlənən paradı ölkə başçımız yalnız Türkiyəli həmkarı ilə birgə keçirməklə zatən 5-ci kolonu vasitəsilə özünü qələbəyə ortaq etməyə çalışan Rusiyaya mesaj göndərmişdi. Paraddan sonra namazın Türk camiisində qılınması isə İrana mesaj olaraq dəyərləndirilir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 264          Tarix: 10-12-2020, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma