Xəbər lenti

 
 
Qarşıdakı 1-2 həftə ərzində Moskva Qarabağ ermənilərinə Rusiya vətəndaşlığı verə bilər.
 
Ovqat.com xəbər verir ki, məlumatı CNN, The Guardian ve Al Jazeera kimi böyük medya kanallarının  Yaxın Şərq və Qafqaz üzrə ixtisaslaşmış müəllifi Neyl Hoyer (Neil Hauer) özünün Twitter səhifəsində yayıb.
 
Jurnalist faktın dəqiqləşdirilməyə ehtiyacı olduğunu bildirsə də, məlumatı “DQR”-ın yüksək səlahiyyətli rəsmilərindən aldığını gizlətməyib.


 
Qeyd edək ki, rus “sülhməramlılarının” ayağı dəydiyi yerdə yerli separatçıların mütləq Rusiya vətəndaşlığına keçməsi artıq ənənə halını alıb. Biz eyni prosesi həm Gürcüstan, həm Moldovaya, həm də Ukrayna təcrübələrində görmüşük. Azərbaycanda da eyni siyasətə əl atıb-atmayacağını yaxın zamanlarda görəcəyik. 
 
Xatırladaq ki, ötən gün Minsk qrupunun həmsədrlərini qəbul edən Azərbaycan prezidenti İlham Əliyev Qarabağ ermənilərinin ölkəmizin vətəndaşları olduqlarını bildirmiş və bundan sonra daha xoşbəxt yaşayacaqlarını vurğulamışdı.
 


Ekspertlərin fikrincə, Azərbaycanın 10 dekabrda Zərəf paradını Türkiyə ilə birgə keçirməsi və həmin tədbirdə ermənilərdən müsadirə edilmiş rus silahlarının nümayişi Moskvanı bərk narazı salıb. Bunu rus silahlarına qarşı anti-reklam kimi qiymətləndirən Kreml ölkəmizə qarşı təzyiq siyasətinə start verib. Paraddan dərhal sonra Rusiyanın Azərbaycan pomidor və almasına idxal yasağı qoyması təzyiqin ilk başlanğıcı kimi qəbul olunur. Azərbaycan iqtisadiyyatının ən gəlirli qeyri-neft sahəsi olan pomidor sanksiyasından sonra növbəti zərbənin Dağlıq Qarabağdan  gəlməsi əslində gözlənilən idi. Çünki ölkəmizin əsas yumşaq damarlarından biri Dağlıq Qarabağdır və o da rus “sülhməramlı”larının əlindədir və Rusiya Azərbaycana qarşı təzyiqlərə başlasa, ilk növbədə bu kartdan istifadə edə bilər.
 
Qarabağdakı ermənilərə rus vətəndaşlığı verilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüz aktı deməkdir və ölkənin müvafiq dairələri dərhal hərəkətə keçib bu iddialara aydınlıq gətirməyə çalışmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 11 191          Tarix: 13-12-2020, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma