Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
ABŞ-ın gedərayaq prezidenti Donald Tramp xələfi Co Baydenin 20 yanvar tarixində keçiriləcək andiçmə mərasiminə qatılmayacaq.
Ovqat.com xəbər verir ki, bunu Donald Trampın özü Twitter hesabındakı paylaşımı ilə bəyan edib.
Trampın bu bəyanı ABŞ-ın stabilliyi baxımından olduqca ciddi siqnal kimi qiymətləndirilə bilər. Belə ki, yanvarın 6-da Ağ evin qarşısında mitinq keçirərək onminlərlə tərəfdaşına seçkilərin saxtalaşdırılıb haqqının oğurlandığını bəyan edən ABŞ-ın hazırkı prezidenti bununla razılaşmayacağını bildirmiş, ardınca respublikaçı konqresmenlərə təzyiq edərək Co Baydenin prezidentliyinin təsdiqlənməsinə imkan verməməyə çağırmışdı. Bundan sonra ABŞ-ın Konqres binasına axın edən izdiham pois baryerini aşaraq içəri daxil olmuşdu. Həmin vaxt seçki nəticələrini təsdiqləmək üçün toplaşan Senat və Nümayəndələr Palatasının üzvləri sığınacaqlara çəkilmiş və sessiyanı bir neçə saatlığa təxirə salmışdılar
Konqresin basılması ABŞ və dünya ictimaiyyəti tərəfindən hakimiyyət çevrilişinə cəhd kimi qiymətləndirilincə, Donald Tramp geri addım atmış, hətta öz tərəfdaşlarını radikallığa varmaqda ittiham etmişdi. Ardınca da Co Baydenin prezidentliyini tanıdığını, ABŞ tarixində ilk dəfə ən problemsiz şəkildə hakimiyyəti ona təhvil verəcəyini açıqlamışdı.
Bu çıxışından sonra hər kəs onun digər ABŞ prezidentləri kimi andiçmə mərasimində xələfinin əlini sıxıb xeyir-dua verəcəyini gözlərkən, Trampın mərasimə qatılmayacağını bəyan etməsi Vaşinqtonda ciddi təşvişlə qarşılanıb. Məsələ burasındadır ki, bir çox müşahidəçilər Trampın Respublikaçı elektoratın narazılığından faydalanıb Co Bayden hakimiyyətini laxladacağından və 4 ildən sonra yenidən namizədliyini verib prezident seçilməyə çalışacağından narahatdır.
Narahatlıq doğuran əsas məqam Donald Trampın dolayı yolla irqçiliyi təşviq edən tutumudur. Trampın 4 illik hakimiyyəti dövründə dəfələrlə irqçi çıxışlarda ittiham olunduğu və hətta buna görə Twitter paylaşımlarını sildiyi bəllidir. Təsadüfi deyil ki, 2019-cu ilin iyul ayında aparılan rəy sorğusunda iştirak edən respondentlərin əksəriyyəti də Donald Trampın irqçi olduğuna inanırdılar. Bu qənaətdə olanların böyük əksəriyyəti qaradərililər idi. Sorğunun nəticəsinə görə, ABŞ “bəyaz”larının yalnız 46%-i Trampı irqçi kimi gördüyü halda latın amerikalı köçkünlərdə bu nisbət 55-ə, “qaradərili”lərdə isə 80%-ə qədər yüksəlirdi. Ekspertlərin fikrincə, ağdərilərin digərlərinə nisbətən daha az qisminin Trampı irçi görməsinin səbəbi əslində ona duyduqları simpatiya ilə bağlıdır. Eyni məsələ barədə müxtəlif irq təmsilçilərinin fərqli yanaşmaları ABŞ-da bu problemin həqiqətən mövcudluğundan xəbər verir və ölkəni ciddi iğtişaşlara doğru sürükləyir.
Problemi dərinləşdirən başlıca amillərdən biri də ABŞ-da hardasa bərabər nüfuza malik olan siyasi partiyalar da bir-birinə qarşı irqçi təbliğatlardan istifadə etməsidir. Ötən il polis zorakılığına məruz qalaraq öldürülən qaradərili Corc Floyd hadisəsindən Tramp hakimiyyətini laxlatmaq üçün istifadə edən Demokratlar “Qara həyat dəyərlidir” aksiyalarına dəstəkləyərək narazılığın artmasına rəvac verdi. Respublikaçı bir çox etirazçıların Konqres basqını zamanı Konfederal Amerika bayrağı qaldırması da bu irqçi savaşları tonqalının üstünə benzin tökür.
Qeyd edək ki, Konfederal Amerika düşüncəsi 1861-cı ildə ortaya çıxıb və 5 il vətəndaş müharibəsinə səbəb olub. Konqres basqınında qaldırılan Konferedal bayrağının tarixi köklərinə nəzər salsaq, görərik ki, onun irqçiliklə birbaşa əlaqəsi var. Belə ki, 19-cu əsrin ortalarında ABŞ-ın cənub-şərq hissələrində iri fermer təsərrüfatlarının üstünlük təşkil edirdi. Bu təsərrüfatlarda pambıq, tütün və şəkər qamışı yetişdirilir və lazımi işçi qüvvəsi Afrikadan gətirilən qara mənşəli kölələr tərəfindən təmin edilirdi.
ABŞ-ın digər bölgələrində isə iqtisadiyyat sənayeyə yönəlmişdi. Kapitalist münasibətlərinin formalaşması həmin əyalətlərdə köləliyin ləğvini tələb edirdi. Ölkənin qərb hissəsində yeni ştatlar qurulur və bu yeni əyalətlərin əksəriyyəti də köləliyi qadağan edən qanunlar hazırlanırdı. Bu tendensiya şərq vilayətlərində növbənin onlara da gələcəyinə dair ciddi narahatlıq doğururdu. 1861-ci il Abraham Linkoln da məhz belə bir zamanda köləliyin ləğvi platforması ilə seçkilərinə qatılmış və qalib gəlmişdi. Köləliyin ləğvini istəməyən cənub ştatları məhz bu hadisədən sonra ABŞ-dan ayrılmaq qərarı vermişdilər. 11 ştatı özündə birləşdirən Amerika Konfederasiyası 5 il Federal hakimiyyətlə döyüşdükdən sonra məğlub oldu və Linkolnun quldarlığın ləğvi qanununu qəbul etmək məcburiyyətində qaldı.
Fəqət köləlik kağızlarda ləğv olunmuşdu. Beyinlərdə bu və ya digər formalarda indiyədək gəlib çıxıb. Təsəvvür edin ki, Trampdan əvvəl prezident seçilən Obama 250 ildən çoxdur köləliyi ləğv edən ABŞ-ın ilk zənci dövlət başçısıdır.
Trampın ən çox səs aldığı ştatlara baxsaq, 260 il bundan əvvəlki müstəqilliyini elan edən Şərq əyalətlərinin böyük əksəriyyətinin ona səs verdiyini görə bilərik. Keçmiş Amerika Konfederasiya üzvlərindən yalnız Corciya Trampa yox, Baydenə səs verib.
Tramp mühafizəkarlığı öz fəlsəfi düşüncəsinə görə, keçmiş konfederalçılardan daha müasir və geniş şaxəli prinsiplərə söykənir. Onun fikrincə, ABŞ-dakı qlobalist sənayeçilər ölkənin hərbi qüdrətindən dünyanı fəth etmək üçün yararlanırlar. Bütün bu fəthlərin ağrısını isə sadə amerikalılar çəkir.
Ən pisi odur ki, ABŞ sənayeçiləri artıq öz təsərrüfatlarını da ucuz işçi qüvvəsi olan başqa ölkələrə, xüsusilə Çinə və digər Uzaq Asiya ölkələrinə daşıyırlar. Nəticədə ABŞ-da işsizlərin sayı durmadan artır, iqtisadiyyat çökür və qlobal iqtisadi rəqabətdə öz hegemon mövqeyini itirir.
Trampın 4 illik hakimiyyəti dövründə yürütdüyü bir sıra iqtisadi siyasətlər ABŞ-ın əvvəlki iqtisadi gücünü bərpa etməyə hesablanmışdı. Mütəxəssislərin fikrincə, böyük ölçüdə öz hədəfini reallaşdırmışdı da. Di gəl ki, hakimiyyətinin son ilində koronavirus pandemiyası yayıldı və Trampın qazandığı bütün nailiyyətlər pandemiyanın qurbanı oldu.
Tramp və onun tərəfdarları ABŞ iqtisadiyyatını yenidən darmadağın edən koronavirusun belə, qlobal sənayeçilərin milli iqtisadi dəyərlərin müdafiəçilərindən aldıqları qisas kimi qiymətləndirirlər və bunu öz milli qəhrəmanlarına qarşı qurulmuş təxribat hesab edirlər. “Təbii ki, bu təxribatda ABŞ-ın əsas rəqibi olan Çin də qlobal sənayeçilərlə bir yerdədir”,-Respublikaçı elektorat arasında bu düşüncə getdikcə daha çox yayılmağa başlayır.
Maraqlıdır ki, bir çoxlarımıza axmaq kimi təqdim edilən Trampın düşüncələri ABŞ-da hər keçən gün daha çox tərəfdaş toplayır. Hətta ölkədə “Trampizm” ideologiyası deyilən düşüncə tərzinin formalaşdığını belə irəli sürən mütəxəssislər var. Odur ki, Trampın Baydenin andiçmə mərasiminə qatılmaması mübarizəsinə saraydan kənarda davam etməsinə vurulmuş eyham kimi də dərk olunur. Mübarizənin eyni templə davam etməsi ölkədə ciddi qütbləşmələrə səbəb ola və irqçi təmayüllərin böyüməsini sürətləndirə bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar