Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“İran Əl-Qaidənin yeni bazasıdır".
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo Milli Mətbuat Klubunda çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, "Əl-Qaidə rəhbər heyətini Tehrana köçürdü və terror təşkilatının lideri Ayman əl-Zəvahiri hazırda Tehrandadır".
Əl-Qaidənin sığındığı əsas coğrafi mərkəzin İran olduğunu bildirən Pompeoya görə, sözügedəb terror təşkilatı üçün yeni bazasının əvvəlki bazadan – Əfqanıstandan daha qorunaqlı yerdir: “İranın həqiqətən yeni Əfqanıstan olduğunu söyləyə bilərəm. Ancaq vəziyyət əslində daha pisdir. Əl-Qaidənin dağlarda gizləndiyi Əfqanıstandan fərqli olaraq, bu gün Əl-Qaidə İran rejiminin qoruması ilə sərt qabığa bürünüb”.
Pompeo çıxışında beymnəlxalq güc mərkəzlərini Tehrana daha çox beynəlxalq təzyiq göstərməyə çağırıb və hərbi əməliyyatlar zamanı ortaya çıxa biləcək risklərə diqqət yetirməyi məsləhət görüb.
Pompeonun faktiki olaraq İrana qarşı hərbi əməliyyatlara başlamaq çağırışına cavab özünü çox gözlətməyib. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-lı həmkarının bu çıxışından dərhal sonra Twitter paylaşımında onun sözlərini "müharibəni təhrik edən yalan" adlandırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar