Xəbər lenti

 
Sezin Öney
[email protected]
 
Türkiyə ilə Yunanıstan arasında "araşdırıcı" görüşmələr sonunda başladı. İstanbuldakı heyətlər arasındakı görüşlər tamamilə "texniki məsələlərə" əsaslanır və əslində heç yeni də deyil. Bu mərhələdə tərəflər üçün vacib olan məsələ masada qalmaqdır. Əks təqdirdə, həll ediləcək problemlər həqiqətən mürəkkəbdir və nəinki bir, hətta bir sıra görüşlərdə belə həll etmək çox çətindir.
 
Türkiyə tərəfinə Prezidentin sözçüsü İbrahim Qalın rəhbərlik edir; normalda əvvəlki görüşlərdə olduğu kimi yalnız texniki heyətlər bir araya gələcəkdi. Qalın başçılıq etdiyi texniki heyətdə Xarici İşlər nazirinin müavini Sedat Önal, Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd Səfiri Çağatay Erciyes də qatılıb. Yunanıstan nümayəndə heyətinə isə təqaüddə olan səfir Pavlos Apostolidis rəhbərlik edir.
 
Müsahibələrin məzmunu bu günə qədər gizli saxlanılıb və bu görüşlərdə hansı məsafənin qət edilib-edilməməsi barədə məlumatlar ictimaiyyətə açıqlanmayıb. 2002-ci ildən bəri iclasların xaricinə hər hansı məlumat sızdırılmır və iclas protokolları belə tutulmur.
Türkiyə, Ege və Şərqi Aralıq dənizi ilə əlaqəli bütün məsələləri müzakirə etmək istəyir: Quru suları, kontinental şelf, adanı tərksilah edilməsi, milli hava məkanına aid bütün məsələlər və axtarış-qurtarma əməliyyatları və s. Yunanıstan isə bu mərhələdə yalnız dəniz yurisdiksiyası ilə kifayətlənməyə çalışır.
 
Tərəflər danışıqların başladığı gün bir-birinə güc nümayiş etdirmək üçün hərbi manevrlər keçirməkdən də çəkinməyiblər. Yunanıstan Fransadan alacağı “Rafale” hərbi təyyarəsi haqqında müqavilə imzalamaq üçün Fransa Müdafiə Naziri Florence Parleyi qəbul etdi. Türk Silahlı Qüvvələri isə F-16 təyyarələrini Şərqi Aralıq dənizi üzərində uçurdu.

Beş il sonra görüşmələrin ilk turunda istər-istəməz Yunanıstanı qonaq kimi Ankarada qəbul edən Türkiyə ev sahibi kimi üstünlük qazanmış vəziyyətdədir. Yunan tərəfi isə ilk görüşün harada keçirilməsinə o qədər də əhəmiyyət vermir, çünki bir sıra amillər Afinadakı hakimiyyətin əlini yüngülləşdirir. Həmin amillər bunlardır:

-Yunanistanda bu aralar Kyriakos Mitsotakis hökumətinə böyük dəstəyi var; 
-Əsas müxalifət partiyası olan SİRİZA, Türkiyəyə qarşı millətçilik edəcək tərəf deyil; 
-İfrat sağ “Qızıl Şəfəq” partiyası siyasi mənzərədən uzaqlaşdırılmağa məhkum edilib və buna görə də 2016-ci ildə SİRİZA-nın hakimiyyəti dövründə
Baş nazir Aleksis Tsiprasın əl-qolunu bağlayan bir neçə faktor Afina üçün artıq təsirini itirib; 
-2020-ci il, koronavirus pandemiyası səsəbilə ölkələr bir müddət içlərinə qapansalar da, Yunanıstan-Türkiyə münasibətlərində böhranın böyüdüyü bir dövr idi. 2020-ci ilin yayında bir neçə dəfə isti münaqişə həddinə çatmış böhran şəraitində iki ölkənin eyni masada oturub birlikdə çalışması öz-özlüyündə bir mərhələdir.

"Müharibənin kənarından dönərək masada əyləşə bildik" düşüncəsinin yaratdığı rahatlıq Yunanıstanda işçi qrupu danışıqlarının gözlənilməsinə və maraqla izlənilməsinə səbəb oldu. Digər 60 raund danışıqlarda belə bir maraq və ilgi yox idi.

Yunanıstanda 2020-ci ildə Türkiyəyə qarşı mənfi fikirlər kulminasiya nöqtəsində çatdıqdan sonra, Almaniyanın bu məsələyə mənfi yanaşması artıq təpkiləri də öz üzərinə çəkdi. Daha əvvəl Yunanıstandakı böyük iqtisadi böhran dövründə 2008-2018 arasında Almaniya Yunanıstanda son dərəcə mənfi bir imicə sahib idi. Bu dövrdə, Almaniyanın Yunanıstana acı bir resept kimi sunduğu çozüm təklifləri narazılığı sürətlə artırdı. İndi isə Yunanıstanda Almaniya yenə başqa bir Avropa Birliyinin üzvü olan Yunanıstanı öz mənafeləri üçün “burunlayır” və Türkiyəyə qarşı tək buraxır, başqa sözlə, "satır" düşüncəsi üstünlük təşkil edir.

Afinada əhalinin böyük bir hissəsi Co Bayden rəhbərliyi Türkiyəni Donald Tramp qədər yaxşı qarşılamayacağını proqnozlaşdırsa da, ümumi əhval-ruhiyyə "Bütün böyük güclərə ümid bağlanmamalı" şəklindədir. Bu səbəbdən də "Afina Türkiyə ilə birbaşa əlaqələr qurmaq yolunu tutdu" fikri daha realist və rasional bir yanaşma kimi yozulur.

Xarici işlər nazirliyi dövründə İsmail Cem və Yorgo Papandreunun başlatdıqları araşdırma danışıqları 2002-2016-ci illər arasında davam etdi. Bu dövrdə, Egey və Aralıq dənizindəki mübahisələrin həlli üçün Ankara ilə Afina arasında 60 tur görüş keçirildi.
 
Sonuncusu 1 Mart 2016-cı ildə reallaşan bu təmaslar, “ilk növbədə liderlər səviyyəsindəki danışıqlara başlanılmalı” arqumentilə dayandırıldı və daha sonra əlaqələr 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra Yunanıstana qaçan türk əsgərləri səbəbiylə daha da soyumuş oldu.

 Çevirdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 599          Tarix: 25-01-2021, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma