![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 19:21
Bu gün, 18:43
Bu gün, 16:30
Bu gün, 14:20
Bu gün, 13:44
Bu gün, 12:41
Bu gün, 09:31
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
![](/uploads/posts/2021-02/1612235450_ermni.jpg)
“Elm ölkənin təhlükəsizlik sistemində iştirak etmirsə, müasir müharibələrdə uğur qazanmaq mümkün deyil və “Artsax”dakı son müharibə bunun əyani sübutudur”.
Ovqat.com xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komissiyasının sədri Andranik Köçəryan belə düşünür.
O, dünən erməni parlamentində “Elm, təhlükəsizlik və inkişafın əsasıdır” mövzulu dinləmələrində bildirib ki, həm Yüksək Texnologiyalar Sənayesi, həm də Təhsil və Elm Nazirliyindən bir möcüzə gözləyir. “Söhbət reallaşdırıla bilinməyən möcüzələrdən deyil, bir zamanlar yaşadığımız və təəssüf ki, əldən verdiyimiz fürsətlərdən gedir”, - deyən deputat vurğulayıb ki, müharibə zamanı Ermənistanda demək olar ki, hamı silahlı pilotsuz təyyarələrə necə müqavimət göstərməyi düşünürdü, lakin bu məsələ üzərində hərbi əməliyyatlar başlamamışdan əvvəl düşünülməli idi.
Köçəryan İsrailin təcrübəsinə istinad edərək qeyd edib ki, elm təhlükəsizlik sisteminin və iqtisadiyyatın inkişafı üçün lokomotiv olmalıdır. “Ermənistanın kifayət qədər elmi potensialı var. Əlbətdə ki, bir çoxu indi xaricdə işləyir, amma müasir dünyada bu problem deyil. Mütəxəssislərimizi cəlb etməliyik ki, onlar Böyük Britaniyada və ya ABŞ-da olsalar da, Vətənlə, ölkənin təhlükəsizlik sistemi ilə üzvi şəkildə əlaqədə olsunlar. Bunun koordinatoru və sifarişçisi Müdafiə Nazirliyi olmalıdır”,-deputat belə deyib.
O, qeyd edib ki, bu, həyati zərurət olduğundan hər bir erməni bu məsələyə öz töhfəsini verməlidir və elmi sfera ilə ordu arasında qarşılıqlı əlaqəli proqramlar hazırlamaq, ölkənin hərbi-sənaye kompleksinin imkanlarını yenidən nəzərdən keçirmək lazımdır. "Ermənistan rəqiblərindən bir addım qabaqda olmalıdır, çünki bizə tətbiq oluna biləcək sabahkı müharibə uzaqdan idarə ediləcək",-deyən erməni deputat vurğulayıb ki, Ermənistanın prioritetləri əsgər və komandirlərin şücaəti ilə elmin vəhdətinə söykənməlidir.
Andranikin bu sözləri məşhur atalar sözünü yada salır: “Ac toyuq yuxusunda darı görər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər