Xəbər lenti


Yeni Akit, Türkiyə
15.04.2021


Azərbaycan prezidenti İlham Əliyev Qarabağ müharibəsi zamanı Ermənistan ordusundan ələ keçirilmiç silah və hərbi texnikanın yerləşdiyi Hərbi Qənimətlər Parkının açılışını edib.

Açıq səma altında 5 hektarlıq ərazidə salınmış parkı gəzən Əliyev burada nümayiş etdirilən silah və texnikaya baxıb.

Parkda nümayiş etdirilən “İsgəndər-M” raketinin qalıqlarını göstərən İlham Əliyev deyib: “Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur”.

“Bu, Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”, - deyə Azərbaycan prezidenti qeyd edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)


Mənbə: Yeni Akit


Ana səhifəyə qayıt        Baxış: 3 813          Tarix: 15-04-2021, 14:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma