Özbəkistana bağlı Qaraqalpaq Muxtar Respublikasında etiraz mitinqləri başlayıb.
Ovqat.com-un məlumatına görə, aksiyanın tələbləri barədə hələ ki heç nə bəlli deyil.
Etiraz aksiyasının cümə günü çıxması asilərin dini camaata meylli şəxslər olması ehtimalını yaradır.
Rəsmi adı Qaraqalpakistan Muxtar Respublikası olan bölgə Özbəkistanın tərkibində muxtar hüquqlara malikdir. Özbəkistanın qərb hissəsində yerləşir. Paytaxtı Nukus şəhəridir. Qaraqalpaqiya tarixi Xarəzm torpaqlarını əhatə edir. Sahəsi 165.000 km²-dir. Qaraqalpaqıstanın əhalisi 1 milyon 800 min nəfərə yaxındır. Bu əhalinin 500 mini qaraqalpaq, 400 mini özbək, 300 mini qazax, 100 mini isə müxtəlif etnik qruplardan təşəkkül tapır.
Qaraqalpaqlar qazax türklərinə məxsus tayfa kimi tanınır. Dolayıyla bu bölgədə çıxan insidentlərin Qazaxıstana da sıçramaq ehtimalı istisna edilmir.
Qaraqalpaqıstan 1925-ci ilin aprelində Qazaxistan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət kimi təsis edilib. 1930-cu il iyulun 20-də müstəqil respublika kimi SSRİ-yə daxil olub. İki il sonra (20 mart 1932) Muxtar Sovet Sosialist Respublikası statusu "qazanıb" və 1936-cı ilin dekabrında Özbəkistan SSR-ə birləşdirilib.
Qaraqalpaqıstan Respublikasının öz suverenliyi və öz konstitusiyası var. Qaraqalpaqıstan Respublikasının Özbəkistan Respublikasının Konstitusiyası Özbəkistandan ayrılmaq hüququna malikdir.
Dil
Qaraqalpaq ləhcəsi türk dillərinin qıpçaq qrupuna daxildir. Qazax və noqaylara daha yaxındırlar. Sovet hakimiyyəti illərindən qabaq ərəb, 1928-1940-cı illərdə latın, sonra isə kiril əlifbasından da istifadə ediblər.
Əvvəllər Qazaxıstanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikası sanki bugünkü hadisələri törətmək üçün 90 il bundan əvvəl qəsdən ondan alınıb Özbəkistana verilib. Rusiya lazım gələndə Orta Asiyanı bir-birinə düşürmək üçün çox sayda bu cür etnik problemlər yaradıb. Təsadüfi deyil ki, təkcə Fərqanə vadisində 5 respublika ərazində 9 anklav yaradılıb. Qaraqalpaq Muxtar Respublikası Orta Asiyadakı etnik bölgələr arasında ən böyüyüdür.
Orta Asiyada etnik problemin Qazaxıstanla Özbəkistan arasında ciddi insidentlərə yol aça biləcək Qaraqalpaqda başlanması təsadüfi deyil. Bəllidir ki, həm Özbəkistan, həm də Qazaxıstan son zamanlar Rusiyadan kənar siyasət yürütməyə çalışırdı. Xüsusilə Tokayevin bir müddət əvvəl Sankt-Peterburq sammitində Rusiya prezidenti Vladimir Putinə yerini göstərməsinin cavabsız qalmayacağı təxmin olunurdu. Özbəkistan da son zamanlar Taliban Əqanistanı ilə münasibətlərini düzəldib, KTMT-nin müdafiəsinə ehtiyac duymadığını açıqlamışdı. Görünür, Rusiya hər iki dövləti Qaraqalpaq problemi ilə “islah” edərək özünə bağlamağa çalışır.
Paylaş: