ABŞ prezidenti Co Baydenin oğlu Hanterə aid olduğu iddia edilən telefon məlumatları internetə sızdırılıb.
Ovqat.com-un məlumatına görə, Hanter Baydenin telefonundan əldə edilən materiallarda ABŞ prezidenti pedofil (uşaqbaz) kimi təqdim olunur, azyaşlı qız uşaqları ilə uyğunsuz şəkilləri, yazışmaları, narkotik və silahdan istifadə görüntüləri əks olunur.
ABŞ-da anonim istifadəçilərdən ibarət olan 4chan adlı internet saytının istifadəçiləri Hunter Baydenin iCloud hesabının parolunu sındırdıqlarını, iPhone və iPad-dən bəzi məlumatları sızdırdıqlarını iddia ediblər. İstifadəçilər həmçinin, Hanter Baydenin telefon və kompüterindən götürüldüyü iddia edilən görüntüləri də internetdə paylaşıblar.
Oğul Baydenin narkotik istifadəsi, qeyri-qanuni pul köçürmələri və silahlarla bağlı mesajlarının skrinşotları da daxil olmaqla bir sıra görüntülər paylaşılıb. İstifadəçilər həmçinin bildirirlər ki, Hanter Bayden öz atasının telefon nömrəsini yaddaşa “Pedofil Peter” kimi qeyd edib.
ABŞ mətbuatında yer alan xəbərlərdə qalmaqallı görüntülərin "təsdiqlənməmiş kompromat" olaraq xarakterizə edilsə də, hələlik mövzu ilə bağlı Ağ Evdən hər hansı bir açıqlama verilməyib. İddialara görə, Hanter Bayden 2020-ci ildə öz kompüterini təmir etdirmək üçün ustaya verib və daha sonra onu götürməyi unudub. Kompüter ustası isə kompüterin yaddaşındakı gizli sənədlərə girib və beləcə ABŞ prezidenti barədə bir çox müəmmalar ortaya çıxıb.
Xəbərdə görüntülərin Hunter Baydenə aid kompüterdən gəlib-gəlmədiyinin hələ müəyyənləşdirilmədiyi də vurğulanır. Ələ keçirilən materiallar arasında oğul Baydenin 2020-ci ildə Çin, Ukrayna və Rusiya kimi ölkələrlə əlaqəldar milyonlarla dollarlıq ticarət və pul köçürmələri haqqında məxfi sənədlər də var.
Co Bayden üçün narahatlıq doğuracaq digər məlumatlar “New York Times” qəzetindən gəlib. Qəzetin iddiasına görə, Co Baydenin növbəti prezident seçkilərində seçilmə ehtimalı təhlükə altındadır. Bildirilir ki, noyabrın 20-də 80 yaşı tamam olacaq Bayden seçiciləri arasında getdikcə nüfuzunu itirir və bu, onun növbəti dəfə ABŞ xalqından mandat almaq şansını azaldır.
“New York Times” qəzeti demokratların böyük əksəriyyətinin Baydenin ikinci dəfə namizədliyini irəli sürməsinə tərəfdar olmadığını yazıb. Rəy sorğularına əsasən, Demokrat partiyasını dəstəkləyən seçicilərinin 64 faizi 2024-cü il prezident seçkilərində yeni namizədə üstünlük verir. Demokrat seçicilərin yalnız 36 faizi yenidən seçilmək istəyən Baydeni dəstəkləyir. Rəyi soruşulan ABŞ seçicilərinin yalnız 13 faizi millətin düzgün yolda olduğunu düşünür. Qeydiyyata alınmış seçicilərin dörddə üçündən çoxu isə ABŞ-ın yanlış istiqamətdə getdiyini bildirib. Bunun əsas səbəbi kimi isə iqtisadi böhran və inflyasiya ilə bağlı geniş vüsət almış narahatçılıq göstərilir.
Qeyd edək ki, Co Bayden bu yaxınlarda mediaya verdiyi açıqlamada 2024-cü il seçkilərində Demokratlar Partiyasının namizədi olacağını bildirib. Seçki dövründə Baydenin 82 yaşında olması da partiyanı düşündürən əsas problemdir. Bildirilir ki, Baydenin yerinə vitse-prezident Kəmalə Harrisin namizədliyi irəli sürülə bilər. Ancaq hələlik mövzu ilə bağlı rəsmi açıqlama yoxdur. Məsələ burasındadır ki, Co Bayden ikinci dəfə seçilmək haqqından könüllü imtina etməsə, ABŞ Demokratlarının səsi parçalanacaq, bu da getdikcə nüfuz qazanan Donald Trampın seçkiləri rahatlıqla qazanmaq imkanını artıracaq.
Bir çox mütəxəssislərin fikrincə, Co Bayden barəsində kompromatların yayılması da növbəti prezident seçkiləri ilə bağlıdır. ABŞ-ın “dərin dövləti” Co Baydeni bu cür məlumatlarla şantaj edərək onun növbəti seçkilərdə namizədliyini verməsinin qarşısını almağa çalışırlar. İddialara görə, Co Bayden son seçkilərdə də əslində marionet kimi hakimiyyətə gətirilmişdi. Dövləti zahirən o, əslində isə Kəmalə Harris idarə edəcəkdi. Co Bayden isə getdikcə əqli tarazlığını itirməsinə baxmayaraq, prezident kimi görünməkdən əl çəkmək istəmir. Hər çıxışında ciddi qüsurlara yol verən Baydenin səhvlərini Ağ Ev düzəltmək məcburiyyətində qalır. Bu da ABŞ-ı həm beynəlxalq arenada çətin vəziyyətə, həm də Demokrat lideri seçicilər arasında hörmətdən salır. Görünür, ABŞ “dərin dövləti” Co Baydendən asanlıqla qurtulmağın yolunu onun “üzqızardıcı əməllərini” faş edərək siyasi arenadan çəkilməsində görür.
Co Bayden yəhudi siyasətçinin qarşısında diz çökərkən
Bayden barəsində kompomatların Yaxın Şərqə səyahətindən 1 gün əvvəl mediaya sızdırılması da təsadüfə bənzəmir. Səfərə İsraili ziyarətlə başlayacaq olan Co Bayden 2 gün əvvəl yazdığı məqaləsində Yaxın Şərqlə bağlı strateji planlarını açıqlamışdı. Sözsüz ki, bu planlar bir fərd olaraq onun özünün yox, rəhbərlik etdiyi Demokrat partiyasının siyasi dəsti-xəttini göstərirdi. ABŞ-ın indiki hakimiyyətinin regionla bağlı strateji yol xəritəsində “daha stabil və təhlükəsiz Yaxın Şərq” fikri hakimdir. Hələ Trampdan əvvəlki Barak Obama hakimiyyəti tərəfindən həyata keçirilən və Tel-əvivin ciddi müqaviməti ilə üzləşən bu yol xəritəsində İrana qarşı sanskiyaları dayandırmaq, onun enerji resurslarının Qərbə yönəlməsini təmin etmək hədəfi dayanır. Demokratlar bununla Avropanı rus enerji mənbələrinin asılılığından xilas etməyi və Rusiyanı iqtisadi cəhətdən çökdürməyi hədəfləyirlər. Bunun üçün isə İran ram edilməli və onun ərəb dünyası ilə münasibətlərinin normallaşdırılması tələb olunur. Co Baydenin 2 gün əvvəl “Washington Post” qəzetində dərc edilən “Mən Səudiyyə Ərəbistanına niyə gedirəm?” sərlövhəli məqaləsində də bu xüsus aydın şəkildə öz əksini tapıb. Məqalədə deyilirdi: “Enerji resursları Rusiyanın Ukraynadakı müharibəsinin qlobal təchizata təsirini azaltmaq üçün həyati əhəmiyyət kəsb edir. (Yaxın Şərq ölkələrinin-Ovqat.com) Münaqişə yolu ilə ayrılmaqdansa, diplomatiya və əməkdaşlıq yolu ilə bir araya gələn regionun vətənimizi təhdid edən şiddətli radikalizmə və ya ABŞ hərbi qüvvələrinin və onların ailələrinin üzərinə yeni yüklər qoya biləcək yeni müharibələrə səbəb olma ehtimalı azdır. Bu ssenaridən qaçmaq mənim üçün çox vacibdir. Məqsədlərimizə çatmaq üçün üzbəüz görüşlər də daxil olmaqla, intensiv diplomatiya aparacağam”.
ABŞ-ın İranla bağlı yeni strategiyasında 2015-ci ildə Barak Obama hakimiyyəti dövründə bağlanan və Donald Tramp tərəfindən ləğv olunan nüvə sazişinə yenidən qayıtmaq prinsipi də var. İsrail yetkililəri isə ABŞ-ın bu siyasətindən xeyli narahatdırlar. Onlar İranın bu yolla ram edilə biləcəyinə inanmırlar. Tel-əvivin fikrincə, BMT TŞ-nın 5 üzvü və Almaniyanın (P5+1) İranla bağladığı bu saziş Tehrana yaxın gələcəkdə nüvə silahlarını istehsal etmək hüququ verir. İsrail isə bu sazişə kəskin şəkildə qarşı çıxır.
Sazişin bağlanmasından bir il sonra ABŞ-da keçirilən prezident seçkilərində yəhudi lobbisinin Donald Trampı açıq şəkildə dəstəkləməsi də bu razılaşmanın qarşısını almaq məqsədi daşıyırdı. Təsadüfi deyil ki, yəhudi lobbinin dəstəyini alaraq hakimiyyətə gələn Donald Trampın atdığı ilk addımlardan biri də həmin sazişdən imtina etmək olmuşdu.
Trampa qarşı bütün qüvvələrini ortaya qoyaraq Co Baydeni hakimiyyətə gətirən Demokratlar növbəti iqtidarları dövründə yenidən bu sazişə qayıtmaq xəttini tutmağa çalışırlar. Co Baydenin bu gün başlayan Yaxın Şərq ziyarətinin ilk turu İsrail səfərinin də əsas mövzusunun da İranla bağlı olacağı gözlənilir. Hər halda İsrailin baş naziri Yair Lapid mətbuata verdiyi açıqlamasında belə demişdi. O, ABŞ prezidenti Baydeni hələ səfərdən əvvəl Tehrana qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırmışdı. İrana qarşı sanksiyaları davam etdirmək istəyən Lapid nüvə proqramı çərçivəsində Tehranın məqsədlərinə "qətiyyətli" cavab verməyin vacibliyini vurğulamışdı. Mümkündür ki, Co Bayden barəsində son kompromatlar da məhz yəhudi lobbisi tərəfindən onu bitirmək üçün yayımlanıb.
Ovqat.com
Paylaş: