Xəbər lenti

 

İranın ali rəhbərinin Türkiyə prezidenti ilə görüşündən bir gün sonra Bakıdakı ekstremist dairələr İrana qarşı koordinasiyalı media hücumlarına başlayıb”. 

 

Ovqat.com xəbər verir ki, İranın kəskin anti-Azərbaycan yazıları ilə tanınan Qafqaz üzrə “siyasi şərhçisi” Salar Seyfəddini “entekhab” saytında növbəti qərəzli məqaləsində belə yazıb.

 

Onun fikrincə, Əli Xameneyinin “Naxçıvan dəhlizi” ilə bağlı açıqlamalarından bir gün sonra İsrailin Bakıdakı səfiri Corc Dikin Təbriz haqqında kitab oxumaq tövsiyəsi ilə bağlı “təxribat xarakterli tvit”inin paylaşılması da təsadüfi deyildi. 

 

“İranın Bakıdakı səfirinin adekvat reaksiyası ilə üzləşən sözügedən tvit digər KİV-lərdə, o cümlədən Jerusalem Post, BBC və Amerika Yəhudi Komitəsində də öz əksini tapıb. Çünki İsrail “qondarma Naxçıvan” dəhlizinin yaradılmasında birbaşa marağı olan dövlətlərdən biridir.

 

İranın dini liderinin Ərdoğanla görüşdə qaldırdığı digər mühüm məsələ Cənubi Qafqazda, İran və Ermənistan sərhədlərində cərəyan edən proseslər olub. Əsasən Suriya məsələlərinə aid olan Astana görüşündə İranın “qondarma” Naxçıvan dəhlizinə qarşı çıxması ilə bağlı ali rəhbərin gözlənilməz mövqeyi onun bölgənin ən həssas aktual problemlərindən biri ilə bağlı ilk konkret açıqlaması olub.

 

Bu bəyanatları ilə Xameneyi, İranın istənilən sərhədi bağlamaq siyasətinə qarşı olduğunu bildirməklə yanaşı, İranla Ermənistan arasında sərhəd zolağının (40 kilometr) strateji əhəmiyyət daşıdığını da vurğulayıb. Çox güman ki, bu da İranın şimal-qərbində genişmiqyaslı təlim keçirməsi və Zəngəzur planını dəstəkləyən ölkələrə hərbi xəbərdarlıq idi”, - “ekspert” vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 6 186          Tarix: 27-07-2022, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma