Xəbər lenti

"Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb".

Ovqat.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

"Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür", - nazirlikdən qeyd olunub. 




Ana səhifəyə qayıt        Baxış: 6 552          Tarix: 3-08-2022, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma