
"Şuşanı düşməndən azad edənlər Azərbaycanın xüsusi təyinatlı əsgərləridir ki, onlar da Foçada (Türkiyənin İzmir vilayətinə bağlı ilçə - Ovqat.com) hərbi təhsil alıblar".
Bu sözləri Ovqat.com-a açıqlamasında politoloq Kamal Əliyev deyib.
Müsahibimizin sözlərinə görə, Şuşanı erməni işgalçılarından azad edən əsgərlərimizin arasında dindar, ateist, deist, şiə, sünni də olub. Onları müharibədə ruhlandıran əsas meyar isə vətən həsrəti, xalqımızın illərdir tapdalanan heysiyyatı olub: "Biz İranı və onun Azərbaycandakı əlaltılarını yeni tanımırıq. Bu adamlar illərdir İranın ölkəmizdəki geosiyasi maraqlarının, teopolitik hədəflərinin ünsürləri rolunu oynayırlar. Adamdan soruşan lazımdır ki, bəs bu 30 ildə İran harda idi? Yadınızdadırsa, 44 günlük vətən müharibəsindən sonra belə demişdilər ki, guya, İranın ali rəhbəri Qarabağa dair fətva verib. Bunlar hamısı boş şeylərdir. Qarabağı azad edən Azərbaycan əsgəridir və onların da əsas mənəvi qaynagı Türk dünyasıdır", - deyə politoloq bildirib.
Kamal Əliyev onu da vurgulayıb ki, İran bu müharibə zamanş nəinki Azərbaycana dəstək verib, əksinə Ordumuzun irəliləməsindən, uğurlu hərbi əməliyyatlarından narahatlığını gizlətməyib, bu gün belə, Zəngəzur dəhlizinə qarşı çıxır və Ermənistanı özünün "qırmızı xətti" kimi görür: “İranın ali lideri Xamanei Tehranda Türkiyə prezidenti ilə görüşündə Zəngəzur dəhlizi ilə baglı dedikləri ortadadır və biz bu rejimin Azərbaycana qarşı düşmən mövqedən çıxış etdiyini yaxşı bilirik. İran elə bilir ki, Azərbaycanı Livan, Suriya, İraq və Yəmən kimi öz hinterlandı edəcək. Bu, qeyri-mümkündür və bunu Tehrandakı ayətullahlar da əbədi dərk etməlidirlər. İran özünün siyasi şiə anlayışını Azərbaycanda yaymaq istəsə də, bu, alınmayacaq”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.
Paylaş: