Xəbər lenti

 

Rus arzusu” (Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nu nəzərdə tutur – red.) açıq və böhtanla ABŞ-ı dövlət çevrilişində və Gürcüstanı müharibəyə sürükləmək cəhdində ittiham edir. Vətəni olmayan rus oliqarxı və onun “Rus Arzusu” partiyası bu cəfəngiyyatlarla bir daşla iki quş vurmağa çalışır”, 

 

Ovqat.com gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstanın Milli Hərəkat Partiyasının sədri Nika Melia keçirdiyi brifinqdə belə deyib.

 

Müxalif siyasətçinin fikrincə, ABŞ-a qarşı hücumların hər biri Rusiyaya doğru atılan addım və Gürcüstanın milli maraqlarına xəyanətdir.

 

Nika Melianın fikrincə, gürcü xalqı yaxın zamanlarda “Gürcü Arzusu” hökumətini dəyişdirəcək.

 

“ABŞ-a qarşı bütün hücumlar Rusiyaya qarşı real addımlar və Gürcüstanın milli maraqlarına xəyanətdir. Bidzina İvanişvili artıq açıq şəkildə rus oyununu oynayır. Əvvəl heç olmasa, özünü maskalayırdı...

 

Bu gün bütün gürcü cəmiyyəti yaxşı bilməlidir ki, İvanişvilinin hakimiyyəti ilə Qərbə inteqrasiya bir araya sığmayan iki məfhumdur. İvanişvili Avropanın qapılarını Gürcüstanın üzünə bağlayır. Onların rejiminin dəyişməsi ilə bağlı “Rus arzusu”nun qorxusuna gəlincə, biz anlayırıq ki, qorxağın gözləri böyük olar, amma yenə də, okeanın o tayına baxmayaq…

 

Mümkün deyil ki, bizim amerikalı və avropalı tərəfdaşlarımız Gürcüstanda hazırda kimin hakimiyyətdə olacağı ilə maraqlanmasın, çünki Gürcüstanın vahid, güclü, demokratik, zəngin və təhlükəsiz dövlətə çevrilməsi onların da strateji maraqlarına uyğundur. 

 

İvanişvilinin “Rus arzusu”nun qorxmalı olduğu əsl güc - gürcü xalqıdır. O güc, sizin üzərinizdə mütləq qələbə çalacaq, ələ keçirdiyiniz hakimiyyətdən sizi məhrum edəcəkdir və bu, tezliklə baş verəcək”, – Nika Melia bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 061          Tarix: 12-08-2022, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma