Xəbər lenti
21-01-2025, 19:46


Adnan Menderesin ugursuz ABŞ ziyarəti və "7 dəqiqəlik" görüş

 

Respublika dövrü türk siyasətinin ən maraqlı və bir o qədər də mübahisəli şəxslərindən biri də Türkiyənin keçmiş baş naziri Adnan Menderes idi. Adnan Menderes deyərkən, mən əvvəlcə onun lideri oldugu Demokrat partiyasına qarşı 1969-cı ilin 27 mayında həyata keçirilmiş dövlət çevrilişi (dərbə), onun Yassıada da edam edilməsi və Mustafa Kamal Atatürkün zamanında ərəbcədən türkcəyə tərcümə edilərək məscidlərdə verilən əzanı, iqaməni, namazın yenidən orijinal şəklinə qaytarılmasını xatırlayıram. Şübhəsiz ki, Adnan Menderes Cəlal Bayar, Fatin Rüştü və Hasan Polatkan kimi siyasilər öz siyasi kariyeralarına Cumhuriyyət Xalq Partiyasında (CHP) başlasalar da, ideologiya və siyasi zehniyyət nöqteyi-nəzərindən Kamalizmə qarşı idilər. Lakin bir məqamı da vurgulayım ki, məhz Atatürkdən sonra prezident olmuş İsmet İnönünün çoxpartiyalı sistemə keçməsi "Kamalizmə" qarşı olanlara siyasətlə yeni partiyalar yaradaraq məşgul olmaga şərait yaratmışdı.

 

Adnan Menderesin ABŞ səfəri niyə ugursuz oldu?

 

Əvvəlcə onu ərz edim ki, 1950-ci illərin sonunda ABŞ prezidenti  və vitse prezident Riçard Niksonun xarici siyasət kursunda SSRİ ilə münasibətləri normallaşdırmaq ab-havası hökm sürürdü. Belə ki, 1958-ci ildə Vaşinqtonda CENTO-ya üzv olan ölkələrin zirvə görüşü keçiriləcəkdi. Ancaq məlum zirvə görüşündən bir müddət öncə Sovet lideri Nikita Xuruşov Vaşinqtonu ziyarət edib ABŞ prezidenti D.Eyzenhauerlə görüşmüşdü. Yəni,o tarixdə soyuq müharibənin iki rəqib qütbünə liderlik edən ABŞ və SSRİ arasında münasibətlərin improvizasiyası üçün qarşılıqlı addımlar atılırdı.

 

Adnan Menderesin ABŞ-a səfərinə gəldikdə isə, Vaşinqton bu ziyarətə istəksiz yanaşmışdı. Daha dogrusu, ABŞ Dövlət Departamenti o tarixdə Türkiyənin Vaşinqtondakı səfiri Suat Hayri Ürgüpliyə xəbər göndərmişdi ki, CENTO zirvə görüşündə yalnız səfirlərin iştirakı arzulanır. Həmçinin, Hayri Ürgüplü amerikalıların bu istəyini Ankaraya bildirir. Buna rəgmən, Türkiyənin baş naziri Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü və Hasan Polatkan əvvəlcə Parisə, oradan da Vaşinqtona gəlirlər. A.Menderesin ABŞ səfərinin əsas qayəsi bu ölkədən yardım almaq, Türkiyəyə sərmayə cəlb etmək, zavod-fabrik açmaq, texnologiya ixrac etmək idi.

 

Menderesə La Quardia havalimanında "soyuq duş"

 

Beləliklə, A.Menderesin rəhbərlik etdiyi nümayəndə heyətini gətirən təyyarə Nyu-Yorkun məşhur La Quardia havalimanına enir. Və ziyarətin ən xoşagəlməz anı burda yaşanır: Mendersi havalimanında hər hansı amerikalı səlahiyyətli qarşılamır. Bu, o demək idi ki, A.Menderes çagırılmayan qonaqdır. Belə demək mümkünsə, bu hadisə Menderes üçün "soyuq duş" idi və baş nazir pərt olmuşdu. Bir maraqlı detalı da vurgulayaq ki, Menderes o vaxt İranın baş naziri Manuçöhür İqbalı da özüylə eyni təyyarədə ABŞ-a aparmışdı. Daha sonralar M.İqbal havalimanındakı qarşılanmaya görə həm də Menderesdən incimişdi. Təsəvvür edin, Türkiyə və İranın hökumət başçıları ABŞ-gəlir, ancaq onları qarşılayan hər hansı amerikalı səlahiyyətli olmur. Məncə, bu, həm də ABŞ-ın gərəksiz və hörmətsiz davranışı idi. Dogrudur, Menderes dəvətsiz qonaq ola bilər,lakin bir dövlət başçısı bu şəkildə qarşılanmamalı idi.

 

Eyzenhauerdən Menderesə "7 dəqiqəlik görüş" sürprizi

 

Həmin tarixdə ABŞ prezidenti D.Eyzenhauer öz bağ evində dincəlirdi. Nəhayət,dövlət katibi Herter prezident Eyzenhauerin Ag Evə gəlməsinə nail oldu. Amma əsl həngamə də bundan sonra qopdu. ABŞ prezidenti türk baş naziri ilə cəmi 7 dəqiqə görüşdü. Hətta o vaxt "Assoşeyted Press"agentliyi Eyzenhauer-Menderes görüşünün cəmi 3 dəqiqə keçdiyini tirajlamışdı. Adətən ABŞ prezidentləri protokol qaydasına görə, xarici qonaqları 30 dəqiqəlik qəbul edirlər. Bəzi istisna hallarda görüşlər uzun çəkə bilir. Türkiyə siyasi tarixində ən uzun görüş Bill Kinton və Bülənt Ecevit arasında 2 saat davam edib. Türkiyənin keçmiş prezidenti Turqut Özalın 1991-ci ildə Corc Buşla görüşü 1,5 saat davam etmişdi və ugurlu alınmışdı. Turqut Özal ABŞ-a "yardım yox, ticarət" (not aid, for trade) məqsədiylə getmişdi. Daha sonralar Ərdogan-Buş, Ərdogan-Obama görüşləri də uzun çəkmişdi.

 

Yeri gəlmişkən, A.Menderes də ABŞ-da qarşılaşdıgı mənzərədən pərt olmuşdu. Ancaq daha sonra ABŞ-ın Türkiyədəki keçmiş səfiri, Texas ştatında neft biznesi ilə məşgul olan Mak Gee Menderesi Dallasa qonaq dəvət edir. Menderes dəvəti qəbul edərək Dallasa gedir və oradakı görüşlərdə SSRİ-ni tənqid edir. Təbii ki, bu, ABŞ hökumətini narahat edir. Ona görə ki,D.Eyzenhauer adminstrasiyası SSRİ ilə o vaxt münasibətləri normallaşdırmaq xəttini güdürdü. Belə olan təqdirdə, ABŞ-ın müttəfiqi və NATO üzvü olan bir ölkənin baş nazirinin SSRİ-yə qarşı ifadələri müsbət qəbul edilməmişdi. Elə buna görə, A.Menderes Türkiyəyə qayıdanda onu yola salanlar arasında amerikalı səlahiyyətlərdən heç kim iştirak etməmişdi.

 

D.Eyzenhauerin Türkiyə səfəri və "dövlət çevrilişi"

 

Beləliklə, A.Menderesin 1959-cu ilin oktyabrında ABŞ-a məlum səfərindən iki ay sonra-dekabrın 6-da ABŞ prezidenti D.Eyzenhaher Türkiyəyə gəlir. Eyzenhauerin ziyarətindən altı ay sonra Türkiyədə Adnan Menderes hökumətinə qarşı türk ordusu tərəfindən "dövlət çevrilişi" (1960, 27 may) həyata keçirilir və daha sonra baş nazir Yassıada da edam edilir. Bu gün Yassıada Ərdoganın istəyi ilə muzeyə çevrilib.

 

Sonda onu da vurgulayım ki, A.Menderes o zaman D.Eyzenhaurdən NATO üzvü olaraq texnologiya, sərmayə istəmişdi. Eyzenhauer isə Menderesə belə demişdi ki, sizin bizim nəzərimizdə olan yeriniz əkin sahəsidir. Və sizin vəzifəniz ya Qərbi kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.

 

Belə... 

 

Kamal Aliyev,
 Politoloq




Ana səhifəyə qayıt        Baxış: 6 270          Tarix: 22-08-2022, 06:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma