Xəbər lenti

 

Son vaxtlar Egey və Şərqi Aralıq dənizlərində Yunanıstan və Türkiyə arasında gərginlik artmaqdadır. Belə ki, avqustun 26-da Yunanıstana aid S-400 HHM sistemləri "Sea Guardian" missiyası çərçivəsində Türkiyəyə məxsus F-16 qırıcılarını radarına alıb. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Yunanıstanın bu hərəkətini tənqid edərək deyib ki, onlar İzmiri unutmamalıdırlar və bir gün qəflətən gələ bilərik.

 

Mövzu ilə əlaqədar politoloq Kamal Əliyevin fikirlərini öyrəndik. 

 

Politoloq dedi ki, Yunanıstan ordusu, bu ölkənin iqtisadi potensialı Türkiyə ilə müqayisə olunmazdır və bu kiçik Avropa dövlətini Şərqi Aralıq, Egey dənizlərində ərköyünləşdirən başqa qlobal güclərdir: "Mən bunu açıq deyirəm ki, Yunanıstanın arxasında ABŞ dayanır və Vaşinqton istəyir ki, Ukraynanı Rusiyanın önünə atdıgı kimi Yunanıstanı da Türkiyə ilə döyüşdürsün. Bir də ki, Egey dənizində Lozanna və Paris müqavilələrinin əksinə gedərək adaları silahlandıran Yunanıstandır. Üstəlik,ABŞ Yunanıstanda 9 hərbi baza yaradıb ki, bunlar da təhlükəlidir. Sanki Yunanıstan ABŞ-ın 51-ci ştatıdır".

 

Kamal Əliyev onu da bildirdi ki,Türkiyə və Yunanıstanın NATO üzvləri olmasına baxmayaraq, ABŞ bu iki ölkə arasında qarışıqlıq yaratmaq üçün əlindən gələni edir: "Elə bilməyin ki,Yunanıstanı bu qədər ərköyünləşdirən ABŞ-dır. Xeyr, bu,təkcə ABŞ deyil .Arxa fonda Fransa var, neytral kimi görünən Böyük Britaniya var. Fransa xüsusilə, Yunanıstana ın müasir "Rafel" bombardımançı təyyarələr verib. İngiltərəyə gəldikdə, 100 il bundan əvvəl ingilislərin köməyi ilə Yunanıstan az qala Türkiyəni işgal etmişdi. O vaxt Osmanlı dövlətinin zəifləməsindən istifadə edən ingilislər yunanları Türkiyəni işgal etməyə həvəsləndirmişdi. Sonda Mustafa Kamal Atatürk və silahdaşları yunanları türk torpaqlarından iti qovan kimi qovmuşdu. Belə deyək ki, türk ordusu işgalçı yunanları külliyən dənizə tökmüşdü. Təsadüfü deyil ki, yunanlar indi də türklərə agır məglubiyyətini Kiçik Asiya fəlakəti adlandırırlar. Şübhəsiz ki, Yunanıstan ABŞ-ın forpostudur, hətta deyərdim ki, kvazi dövlətdir. Yoxsa bu zəif, gücsüz dövlət özbaşına hərəkət edə bilməz".

 

Həmsöhbətimiz onu da vurğuladı ki, müharibənin qarşısını almaq üçün həm Türkiyə, həm də Yunanıstan daha ehtiyatlı olmalıdırlar. Çünki ABŞ Ukraynada oldugu kimi Yunanıstanı Türkiyə ilə, Tayvanı da Çinlə döyüşdürmək istəyir: "ABŞ bu dəqiqə əldən-ayaqdan gedir ki, Çin Tayvana müdaxilə etsin. Bundan ötrü Konqresin spikeri Nensi Pelosini Taypeyə göndərdilır. Əlbəttə, bu Çinə tələ idi və Pekindəki politbüro oyuna gəlmədi. ABŞ eyni üsulu Türkiyə qarşı Yunanıstanın əliylə etmək istəyir. Yunanıstanın bas naziri Kiriakos Miçotakis ABŞ-ın adamıdır, Harvard mızunudur. Miçotakis martda İstanbulda Ərdoganla görüşüb müəyyən razılıga gəlmişdi. O, daha sonra ABŞ-a gedib Konqresdə dedi ki, Türkiyəyə F-16 qırıcılarını satmayın. Miçotakis həm Senatda, həm də Nümayəndələr palatasında Türkiyəni tənqid etdi. Sizə bir maraqlı nüansı deyim ki, Yunanıstan və Cənubi Kipr Ermənistanla çox yaxındılar. Hətta ABŞ-da Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Menendez həmişə ermənilərin və yunanların maraqlarını müdafiə edir. Bu Menendez həm də Türkiyə və Azərbaycana nifrət edir", - deyə Kamal Əliyev fikirlərini yekunlaşdırdı.

 

Ayşəm Əlili




Ana səhifəyə qayıt        Baxış: 6 566          Tarix: 6-09-2022, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma