Xəbər lenti


"İranda bu gün baş verənləri diqqətlə analiz etsək, insanların əsas arzusu Xamaneinin başında oldugu teokratik rejimdən qurtulmaq, azad olmaq, hətta deyərdim ki,adam kimi yaşamaq arzusudur. Mənə görə, rejim də bunun fərqindədir və anlayır ki, insanların hürriyyətini bir müddət tanımaya bilərsən, ancaq həmişə yox. Rejim ya dini sahədə ciddi islahatlara gedəcək,ya da inqilabçı ruha sahib və bunu öz tarixində vaxtaşırı nümayiş etdirən İran xalqı Xamanei və onun dıstəsini də tarixin arxivinə göndərəcək. Həmişə dediyim kimi, İranda gənc nəsillər yetişib və onlar feodal təfəkkürlü ayətullahların nagıllarını dinləmık niyyətində deyillər. Və son günlər 22 yaşlı Məhsa Əmininin rejimin irşad dövriyyələri tərəfindən öldürülməsi iranlıları daha da qəzəbləndirib, bütövlükdə teokratik sinifə qarşı daha ardıcıl mübarizəyə sövq edib". 

Bu fikirləri Oqat.com-a açıqlamasında politoloq Kamal Əliyev deyib.

Müsahibimizin fikirincə, İrandakı hazırkı kütləvi etiraz aksiyalarının necə nəticələnəcəyi haqqında proqnoz vermək bir qədər çətindir, ancaq güman ki, yaşanan hadisələr rejimin başını agrıdacaq və İran cəmiyyətində qadınların bundan sonra da öz hüquqları ugrunda davamlı mübarizəyə həvəsləndirəcək: "Bilirsiniz, İranda buna bənzər hadisələr həmişə yaşanıb, amma hazırki proseslər hətta vahid lider olmasa da, müəyyən qədər xaotik görünsə də, kütləvilik baxımından xeyli güclüdür. Belə demək mümkünsə, bu proseslər rejimin məhvinin əsasını qoyacaq bir olaydır".


Kamal Əliyev onu da qeyd etdi ki, İran rejimi Məhsa Əminin öldürülməsi və baş verən proseslərdə "xarici araqarışdıranlar"ın oldugunu bundan sonra daha da çox dilə gətirəcək və bu, şübhəsiz ki, prosesin qarşısını almaga hesablanıb: "İrandakı rejim həmişə oldugu kimi insanların etirazının önünü kəsmək, öz ətrafında yaranmış kritik vəziyyətdən çıxmaq üçün xarici qüvvələrin rolunu qabardacaq. Rejim bilir ki, hər şeyə rəgmən, İran cəmiyyəti xarici müdaxilə mövzusunda daha həssasdır. Rejim artıq yavaş-yavaş nəzarətində olan müxtəlif media platformalarında son proseslərin arxasında pantürküstlərin,sionistlərin oldugunu tirajlayır. Nəzərə almaq lazımdır ki, rejim vəziyyətdən çıxmaq üçün Türkiyənin, İsrailin hətta Qərbin bu proseslərdə rolunun oldugu haqqında yalanlar uydurmaqla, etiraz aksiyalarındakı kütləviliyin miqyasını azaltmaq və yerdə qalanlara qarşı isə repressiya tətbiq etmək istəyir"-deyə Kamal Əliyev vurğulayıb.

Müsahibimizin sözlərinə görə, İrandakı rejim xalqın etiraz səsini bogmaqdan ötrü bu proslesləri Zəngəzur dəhlizi ilə əlaqələndirmək istəyir: "Məncə, rejimin İrandakı xalq etirazlarının arxasında dolayı yolla Qərbin, Türkiyənin, İsrailin, hətta kürd separatçılarının olduguna eyham vurması və bunu Zəngəzur dəhlizi ilə əlaqələndirməsi absurddur və şərh etməyə dəyməz. Dogrudur, İranın Zəngəzur dəhlizinə irredantist mövqeyi məlumdur və bunu özünə qarşı geopolitik təzyiq kimi qiymətlındirir. İran hökuməti düşünür ki, bəzi xarici qüvvələr son kütləvi etiraz aksiyalarından ona görə istifadə edir ki, onlar bu ölkənin Avropa ilə Ermənistan vasitəsi ilə əlaqəsini kəsir. Bu iddia və ya arqument absurddur və heç bir reallıgı əks etdirmir. Sadəcə, rejim aksiyaları bogmaq və repressiv aparatını daha da kəskinləşdirmək üçün məntiqsiz iddialara baş vurur. Burada hansısa geosiyasi mövzulardan daha çox İran xalqının azad olmasından, istubdad rejimindən qurtulmasından söhbət gedir"-deyə Kamal Əliyev fikirlərini yekunlaşdırdı.

Nicat Əlili




Ana səhifəyə qayıt        Baxış: 6 653          Tarix: 24-09-2022, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma