“Ermənistan hökuməti Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlayıb. Azərbaycan təxribatlarla Ermənistanın bu islahatları həyata keçirməyə imkan verməməyə çalışır. Siz onu da biləsiniz ki, bütün bu sahələrdə, mümkün olan bütün hallarda, təəssüf ki, müttəfiqlərimizlə münasibətlərdə belə müəyyən uğurlar əldə edirlər və Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar. Elə hallar olur ki, hətta 100 milyon dollar ödənilir, lakin hətta müttəfiq dövlətlər belə, Ermənistan Respublikası ilə bağlı tədarük öhdəliklərini yerinə yetirmirlər”.
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Nazirlər Kabinetinin iclasında danışarkən bunu bəyan edib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan mətbuata verdiyi müsahibəsində Nikol Paşinyanın bu iddialarına aydınlıq gətirib.
- Bu gün Ermənistan hökumətinin iclasında Paşinyan bəyan edib ki, Rusiya olan müttəfiqimiz bizə silah satmır, eyni zamanda bunun Azərbaycanın təzyiqi ilə baş verdiyinə eyham vurub. Siz bu haqda nə düşünürsünüz, niyə müttəfiqlərimiz bizə silah satmırlar?
- Bilmirəm, Paşinyandan soruşun, mən bilən, çox məmnuniyyətlə satırdılat və nəinki satırdılar, hətta müftə verirdilər.
- Yəni, Paşinyan əsassız açıqlama verib?
- Heç nə deyə bilmərəm.
- Tutaq ki, Rusiya bizə silah satmaqdan imtina edir, bəs Ermənistan niyə bizə silah vermək üçün başqa ölkələrə, məsələn, İrana, Fransaya üz tutmur?
- Bu işlə məşğul olanlardan soruşun, mən bunu bilmirəm, silah alanlardan soruşun, onların müzakirələrində iştirak etmirəm. Münasibət, güvən olanlara silah satılır.
- Yəni bu ölkələr artıq Ermənistana etibar etmirlər?
- Mən bayaq dedim ki, o dövlətlərə silah satılır ki, ona etibar edilir.
- Bütün dünyaya, o cümlədən hər saniyə yeni hücum gözləyən düşmənimizə silah problemimiz olduğunu bəyan etmək təhlükəli deyilmi?
- Mənə belə suallar verməyin, onların cavabı sizə məlumdur, 4-cü sinif şagirdinin də bundan xəbəri var.
Paylaş: