Xəbər lenti


SEPAH-ın quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhədboyu ərazilərdə “Qüdrətli İran” adlandırdığı təlimlər keçirir. 


İran tərəfi ötən ilin payızında da həmin bölgələrdə təlimlər keçirmişdi. Ancaq “Xeybər fatehləri” adı altında keçirilən ötənilki təlimləri İranın dövlət ordusu olan “Ərteş” həyata keçirmişdi. Ərteş əsasən müdafiə xarakterli ordudur, ideoloji rejim ordusu olan Sepah isə müdafiə ilə yanaşı hücum əməliyyatlarını da həyata keçirir. Bir sözlə ötənilki təlimlər müdafiə, builki isə hücum mesajı xarakteri daşıyır. 


Budəfəki təlimlər zamanı ən diqqət çəkən məqam Araz çayı üzərində hərbi texnika və canlı qüvvələrin hərəkətini sınaqdan keçirmək məqsədilə üzən körpülərin inşa edilməsidir. Görünür, Tehran hökuməti Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidinin real olduğunu praktiki müstəvidə sübut etməyə çalışır. 


Ötən il Tehran “Xeybər fatehləri” təlimlərinin regiondakı siyonist-təkfirçi təhlükəyə qarşı keçirildiyini iddia edirdi. İndi isə sərhəd dəyişikliyi iddiası ortaya atılıb. Aydındır ki, Tehran Arazın o tayından verdiyi mesajlarla bu tayda baş verən proseslərə təsir etmək istəyir. 


İranın ötənilki təlimlərindən dərhal sonra Azərbaycan və Türkiyə ordularının Naxçıvanda “Sarsılmaz Qardaşlıq” təlimləri başlamışdı.  


Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 6 367          Tarix: 18-10-2022, 01:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma