Xəbər lenti


 

“Səfirliyimizə edilmiş hücumda İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmalı, İrandan izahat tələb olunmalıdır”.

 

Ovqat.com-un məlumatına görə, AMİP-in qurucu lideri Etibar Məmmədov İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şərh edərkən belə deyib.

 

O, bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum uzun müddətdir İranın rəsmi dairələri və kütləvi informaisya vasitələri tərəfindən Azərbaycan əleyhinə aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir.

 

“İstənilən ölkənin səfirliyi beynəlxalq qanunlara görə həmin ölkənin ərazisi hesab olunur, odur ki, səfirliyimizə hücum da Azərbaycan ərazisinə hücüm kimi qiymətləndirilməlidir. Səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna məsuliyyəti də İran dövləti daşıyır.

 

İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi inandırıcı deyil və o baxımdan da baş vermiş terror aktında İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmalı, İrandan izahat tələb olunmalıdır. İran ya ayrı-ayrı ölkə səfirliklərini qorumağa belə aciz olduğunu etiraf etməli, ya da açıq şəkildə düşmən dövlət olduğunu bəyan etməlidir.

 

Baş verənlər bir daha Güneydəki soydaşlarımızın molla rejiminə qarşı, fars-erməni birliyinə qarşı bir yumruq kimi birləşərək mübarizə aparmasını zəruri edir. Bu gün İran adlanan ölkədə Azərbaycanın haqqını və hüququnu qorumaq həm də orada yaşayan 40 milyonluq soydaşımızın vəzifəsi olmalıdır.

 

Səfirliyimizin qorunması zamanı şəhid olmuş Orxan Əsgərova Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 388          Tarix: 27-01-2023, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma