Xəbər lenti


 

Naxçıvanda fəaliyyət göstərən “Kanal 35” televiziyası bağlanmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

 

Ovqat.com-a bu barədə məlumatı kanal kollektivi verib.

 

“Kanal 35”in yaradıcı kollektivi adından redaksiyamıza ünvanlanan bildirilir:

 

“Cənab Prezidentin sərəncamı ilə bu il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Bilindiyi kimi, “Kanal 35” televiziyası ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 35-ci il dönümündə yaradılıb. Belə bir zamanda televiziyadan Heydər Əliyevlə bağlı yeni layihələr gözlənilən halda kanalın bağlanması ilə bağlı bəzi fikirlər səslənir. Artıq iki aydan artıqdır ki, əməkdaşların əmək haqları ödənilmir. Bununla bağlı əməkdaşlar tərəfindən aidiyyatı qurumlara müraciət edilsə də həll ediləcəyi ilə bağlı verilən vədlər (beş iş günü) nəticəsiz qalıb. Yaranan problemlərlə əlaqədar əməkdaşlar həll yolunu Naxçıvana yeni təyin olunmuş prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşməkdə görüblər. Bunun üçün Ali Məclisə üz tutsalar da qəbul şöbəsi və aparat rəhbəri buna mane olublar. 

 

Qeyd edək ki, bütün bu problemlərlə üzləşən əməkdaşlar Kanala və öz peşələrinə olan hörmətə görə Teleradiodakı fəaliyyətlərini hələ də davam etdirirlər”.

 

Məlumat üçün bildirək ki, “Kanal 35” 2004-cü ildə yaradılıb. Əvvəl özəl televiziya kimi fəaliyyət göstərən kanal daha sonra Naxçıvan MR Təhsil Nazirliyinin nəzdində öz işini davam etdirib. Hazırda da Naxçıvan MR Təhsil Nazirliyinin balansındadır. 




Ana səhifəyə qayıt        Baxış: 6 906          Tarix: 14-02-2023, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma