![](/templates/Wmediat51/images/vetendash.jpg)
Putinin mətbuat katibi Peskov Rusiya mədəni və siyasi elitasının nümayəndələri ilə bir yemək masasında görüşüb və onlara müharibənin uzun müddət sürəcəyi barədə xəbərdarlıq edib.
Ovqat.com-un məlumatına görə, Böyük Britaniyanın gündəlik xəbər qəzeti “The Guardian” bu barədə bildirib.
Nəşrin istinad etdiyi adı çəkilməyən mənbə bildirib ki, Peskov 2022-ci ilin dekabr ayının sonunda bir rus məmurunun mənzilində baş tutan şam yeməyində bu xəbərdarlığı edib.
“Güman edirəm ki, bir şey söyləməyimi gözləyirsiniz. Hər şey daha da ağır olaşacaq. Bu, çox-çox uzun zaman davam edəcək” - Peskov tost deyərkən bildirib.
Qəzet iddia edir ki, Peskovun tostu xüsusi söhbətlərdə müharibəyə qarşı çıxan qonaqların Yeni il bayramı əhval-ruhiyyəsinə soğan doğrayıb və onlar tostlarında sülh və normal həyata qayıtmaq ümidlərini ifadə etməklə Putinin sözçüsünə ürək sözlərini çatdırıblar.
Paylaş: