Xəbər lenti

 

Paris birtərəfli qaydada Laçın dəhlizində keçid məntəqəsinin quraşdırılmasını qəbuledilməz hesab edir”.

 

Ovqat.com-un məlumatına görə, Fransanın Xarici İşlər naziri Ketrin Kolonna İrəvanda erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

 

Kolonnanın fikrincə, Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi qurması mübahisəli məsələdir və belə məsələlər birtərəfli addımlarla deyil, dialoq yolu ilə həll olunmalıdır.

 

“Dağlıq Qarabağın bir neçə ay davam edən blokadası qəbuledilməzdir, əhali üçün risklər yaradır. Dağlıq Qarabağ xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşamalıdır, onların mədəniyyətinə və adət-ənənələrinə hörmət edilməlidir”, - deyə fransalı nazir qeyd edib.

 

Qeyd edək ki, hər hansı dövlətin öz sərhədlərində nəzarət-buraxılış məntəqəsi qurmaq və ölkəyə gəlib-gedən nəqliyyat vasitələrinə nəzarət etmək onun ən başlıca suveren hüququdur. Fransız Xarici İşlər naziri də bunu bilməmiş deyil. Ən azı ona görə ki, bu sözü beynəlxalq hüquqa fransız fikir adamları gətirib.  Ketrin Kolonnanın Azərbaycanın suveren hüquqlarını birtərəfli qaydada həyata keçirməsini “qəbuledilməz” adlandırmasından belə çıxır ki, Paris beynəlxalq hüquq normalarını ümumiyyətlə tanımaq istəmir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 733          Tarix: 28-04-2023, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma