Xəbər lenti


 

Laçın dəhlizinin bağlanması və digər hadisələr “Dağlıq Qarabağ”da etnik təmizləməyə hazırlıqdır.

 

Ovqat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 4-də Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı deyib.

 

O hesab edir ki, bütün məsələlər danışıqlar və sülh prosesi ilə həll edilməlidir.

 

"Çətinliklərə baxmayaraq, biz bu prosesə sadiqik", - deyə Paşinyan vurğulayıb.

 

O həmçinin əlavə edib ki, Xankəndi ilə Bakı arasında danışıqlar zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları müzakirə edilməlidir.

 

“Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı bütün məsələlər bu formatda həll edilməlidir. Amma təəssüf ki, biz Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə dialoqa getməyə hazır olduğunu görmürük. Bu, regionda davamlı sülhə gedən yolda vacibdir. Biz sülh üçün çalışmalıyıq. Biz 30 ildir bunun üzərində işləyirik və səylərimizi ikiqat artırmalıyıq”.

 

Xatırladaq ki, rəsmi Bakı Qarabağ ermənilərini iki dəfə dialoq üçün paytaxta çağırsa da, onlar bundan imtina ediblər. Danışıqların mütləq Rusiya sülhməramlarının himayəsi altında Xocalıda keçirilməsini istəyiblər. Rusiyanın bölgədə saxlanılmasına xidmət edən bu təklif hazırda Vaşinqtonda aparılan sülh danışıqlarının ruhuna uyğu deyil və problemin çözümünə yox, uzadılmasına xidmət edir.




Ana səhifəyə qayıt        Baxış: 5 428          Tarix: 5-05-2023, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma