Xəbər lenti

 

Ukrayna rəsmisi bəyan edib ki, Rusiya qüvvələri mövcud ehtiyatlarının böyük hissəsini Baxmut bölgəsinə cəmləyib və son 24 saat ərzində Ukraynanın əks-hücumlarını ləngidib. 

 

Ovqat.com-un məlumatına görə, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) yaydığı bülletendə bildirir.

 

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar mayın 19-da bəyan edib ki, Rusiya qüvvələri ehtiyatlarının böyük hissəsini Baxmut istiqamətində cəmləyib və bu, Ukraynanın irəliləyiş sürətini aşağı salıb. 

 

Malyar həmçinin bildirib ki, Ukrayna qüvvələri Baxmutun şimal və cənub kənarlarında əks-hücumları davam etdirir və bir cinahda 500 metr, digər tərəfdən isə 1000 metr irəliləyib. 

 

Bəzi rusiyalı milbloggerlər Ukraynanın irəliləmə sürətinin yavaşlamasını vurğulayıb və iddia ediblər ki, Ukrayna qüvvələri Baxmut ətrafında uzunmüddətli lokallaşdırılmış əks-hücumları davam etdirə bilmir”, - məlumat bülletenində belə deyilir. 

 

İddiaya görə, Baxmutun cinahlarındakı rus qüvvələri böyük ehtimalla zəif olaraq qalır: “Vaqner Qrupunun maliyyəçisi Yevgeni Priqojin mayın 19-da Rusiyanın 4-cü motoatıcı briqadasını (2-ci Luqansk Xalq Respublikası Ordusu Korpusu) İvanivskinin cənub-qərbində (Baxmutdan 6 km qərbdə) müdafiə xəttindən geri çəkildiyinə görə tənqid etməyə davam etdirib. Baxmut yaxınlığındakı Ukrayna əks-hücumları, böyük ehtimalla, Ukrayna qüvvələrinin Baxmutda Rusiya tərəfindən mühasirəyə alınması təhlükəsini aradan qaldırdı və Ukrayna komandanlığının nəzərdə tutduğu kimi, rus qoşunlarını məhdud və lokallaşdırılmış hücum səylərinə qarşı müdafiə üçün qıt hərbi resurslar ayırmağa məcbur etdi”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 947          Tarix: 20-05-2023, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma