Xəbər lenti

 

“Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin şənbə günü (20.05.2023) Ukraynanın şərqində uzun müddətdir uğrunda ağır döyüşlərin getdiyi Baxmut şəhərini tam ələ keçirdiklərini iddia edib.

 

Ovqat.com-un məlumatına görə, Prijojin bunu yayımladığı video-müraciətində bildirib.

 

"Baxmutun ələ keçirilməsi əməliyyatı 224 gün davam etdi", - deyən Priqojin video-görüntünü şəhərin ən qərb hissəsi sayılan Təyyarə meydanında çəkildiyini bildirib. Hərbi komandirin iddiasına görə, Baxmutun onların nəzarətindən kənarda qalan bir qarış torpağı belə yoxdur.

 

Ukraynanın Müdafiə nazirinin müavini Anna Malyar da iddianı qismən təsdiqləyib. Malyar öz Telegram səhifəsində paylaşdığı yazısında Baxmutdakı vəziyyətin "kritik" olduğunu etiraf etdi, lakin Ukrayna qoşunlarının "şəhərin "Təyyarə" bölgəsində müdafiəni hələ də saxladığını bildirib. 

 

"Hazırda bizim müdafiəçilər ərazidə və özəl sektorda müəyyən sənaye və infrastruktur obyektlərinə nəzarət edirlər", - deyə Anna Malyar fikirlərini davam etdirib.

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 487          Tarix: 20-05-2023, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma