Xəbər lenti

 

“Danışıqların intensivliyi və beynəlxalq ictimaiyyətin köməyi davam edərsə, Azərbaycanla sülh müqaviləsi 2023-cü ilin sonuna qədər imzalana bilər”. 

 

Ovqat.com-un məlumatına görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

 

O, bildirib ki, Moldovadakı beştərəfli görüşdən sonra danışıqlar prosesində müəyyən irəliləyişlər olsa da, hələlik yekun qərar yoxdur, danışıqlar davam edir.

 

Erməni rəsmisinin fikrincə, Ermənistan tərəfi tezliklə sülh müqaviləsi imzalamaqda qərarlıdır.

Danışıqlar prosesinin Ermənistan tərəfindən müsbət qiymətləndirildiyini bildirən Qriqoryan gündəlikdə dayanan məsələləri belə sıralayıb; nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, Qarabağ probleminin həlli.

 

O, vurğulayıb ki, Ermənistanın bu məsələdə mövqeyi Xankəndi ilə Bakı arasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə edən beynəlxalq mexanizm yaratmaqdır. Ermənistan rəsmisi müsahibəsində həmçinin humanitar problemlərin həllinin vacibliyi də qeyd olunub.

 

"Bəzi məsələlərlə bağlı konkret razılaşmalar var və bunu irəliləyiş hesab etmək olar. Lakin məsələ hələ də həllini tapmadığından müzakirələrin yekun nəticə verdiyini deyə bilmərik", - Qriqoryan bildirib.

 

Putin-Paşinyan-Əliyev formatında Moskva görüşünün niyə cəmi 20 dəqiqə çəkdiyi sualına aydınlıq gətirən Qriqoryan deyib ki, bu barədə vasitəçilərdən, danışıqları təşkil edən tərəfdən soruşmaq lazımdır.

 

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri mayın 25-də Moskvada keçirilən görüşün yekunları üzrə nəqliyyat kommunikasiyalarının açılması məsələlərini həll etmək üçün baş nazir müavinlərinin iclas keçirmək qərarına gəliblər. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə görüş iyunun 2-də Moskvada baş tutub. Görüşdə Arazdəyən-Culfa-Meqri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılması barədə ümumi razılır əldə olunub.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 059          Tarix: 5-06-2023, 08:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma