![](/templates/Wmediat51/images/vetendash.jpg)
Aİ ümid edir ki, rəsmi Bakı Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistanın baş naziri Nikol Paşinyanın “mesajını” müsbət qəbul edəcək və “onun xalqının hüquq və təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcək”.
Ovqat.com xarici media orqanlarına istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasındakı münasibətlər, Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda müzakirələr zamanı deyib.
Borrel xatırladıb ki, Moldovada keçirilən beştərəfli görüş zamanı Ermənistan və Azərbaycan liderləri bir-birinin ərazi bütövlüyünü tanıyıb. Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Nikol Paşinyan belə bəyanatla çıxış edən ilk erməni liderdir.
"Ümid edirik ki, erməni tərəfinin mesajı danışıqlar prosesini müsbət istiqamətə aparacaq stimul olacaq", - Borrell bildirib.
Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı missiyasını şərh edən Borrell bunun Ermənistan-Azərbaycan münaqişəsinin həllində mühüm amil olduğunu vurğulayıb və rolunu yüksək qiymətləndirib.
Paylaş: