Xəbər lenti

 

“Priqojinin üsyanına bir neçə kontekstdə baxmaq lazımdır. Əvvəla, Ukraynaya qarşı müharibə Rusiya elitasını iki qrupa bölüb - Kiyevin fəthindən başqa heç nə arzulamayan, sadəcə Kreml qarşısında hərbi parad keçirmək istəyən şahinlər və 24 fevral 2022-ci il tarixindən əvvəlki dünyaya qayıtmaq istəyən kleptokratlar. Bunların heç biri baş verməyəcək, ona görə də Rusiya elitasında heç kim xoşbəxt deyil. Bu iki fraksiyadan şahinlər daha güclü və rejim üçün daha ciddi təhlükədir. Bu, Priqojinin üsyanının necə həll olunmasından asılı olmayaraq, Putini çox təhlükəli vəziyyətə salıb”.

 
Ovqat.com xəbər verir ki, Atlantik Şuranın (Atlantic Council) Avrasiya Mərkəzinin qeyri-rezident baş əməkdaşı, Texas-Arlinqton Universitetində dosenti Brayn Vitmor (Brian Whitmore) “Vaqner” üsyanını şərh edərkən bildirib.

 

Analtikin fikrincə, bu üsyan həm də onu göstərir ki, Rusiyada dövlət sistemi hər hansı institutlarla deyil, qeyri-rəsmi himayədar şəbəkələri vasitəsilə idarə olunur: “Putin güclü olanda bu şəbəkə müəyyən qədər işləyir. Putin zəiflədikdə isə o, nəzarətdən çıxa bilər”.

 

Brayn Vitmor inanır ki, Priqojinin bu qeyri-rəsmi sistemdəki “krışa”ları onu tərk etdiyi üçün heç bir uğur qazanmadı: “General Sergey Surovikin və Çeçenistan lideri Ramzan Kadırov ondan üz döndərdilər. Digər iddia edilən müttəfiqin, “Rosqvardiya” lideri Viktor Zolotovun da Putinə qarşı Priqojinin tərəfində olmasını təsəvvür etmək də çətindir. Çox güman ki, Priqojinin taktiki geri çəkilməsinə bu səbəb oldu. Lakin böhran dərhal həll olunsa belə, onun altında yatan səbəb rejimi zəiflətməyə davam edəcək”.

 

Priqojin qaldırdığı üsyanına görə ağır bədəl ödəməsə Putin rejiminin ciddi təhlükə qarşısında qalacağına inanan ekspertin fikrincə, Rusiyada adətən 3 amil siyasi hakimiyyət dəyişikliyə yol açır: “bölünmüş elita, narazı ictimaiyyət və qorxunun ortadan qalxması. Əgər qorxu tənlikdən çıxarılsa, rejim təhlükə altında qalacaq.

 

Nəhayət, bu böhran Kiyevin əks-hücumunu gücləndirdiyi bir vaxtda Rusiyanın Ukraynadakı döyüş qabiliyyətini daha da sarsıdacaq. Rusiya elitası özünü bu müharibədə qalib gələcəyini gözləyən kimi aparmır”.




Ana səhifəyə qayıt        Baxış: 6 255          Tarix: 25-06-2023, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma