Xəbər lenti


 

Uzun illər Naxçıvanda çalışan və Vasif Talıbovun repressiyalarının qurbanı olan türkiyəli iş adamı Əli Sərdar Oba Naxçıvan şəhər Məhkəməsinin onun şikayətinə baxmasından imtina edib.

 

Ovqat.com iş adamının bu barədə məhkəməyə yazdığı imtina ərizəsini əldə edib. 

 

Ərizədə Vasif Talıbovun zamanından qalan hakimlər tərəfindən mühakimə olunmasını istəmədiyini bildirən iş adamı ədalətli məhkəmə prosesi naminə onun şikayətinə Bakıdan göndərilən hakim tərəfindən baxılmasını rica edib.

 

Əməkdaşımız bu məlumatın nə dərəcədə səhih olub-olmamasını araşdırmaq üçün Əli Sərdar Obaya zəng edib. Faktı iş adamı da təsdiqləyib və deyib ki, onun kasasiya şikayəti verdiyi məhkəmə işini yenidən eyni hakimə göndəriblər: “Təbii ki, həmin hakim öz çıxardığı hökmə mənfi qiymət verməz. Odur ki, mən onun bu məhkəmə prosesini aparmasına razı ola bilməzdim”.

 

İş adamının dediyinə görə, hakim onun qaldırdığı vəsadətə baxa bilməyəcəyini bildirib: “Dedi ki, Naxçıvan şəhər Məhkəməsinin Baş hakimi mənəm. Qanun icazə vermir ki, mən özüm özümdən şikayətə baxım. Odur ki, vəsadətə qiymət verməsi üçün şikayəti Bakıya göndərəcək. Bakı nə qərar verərsə, versin”.

 

Əli Sərdar Oba onu da əlavə etdi ki, Naxçıvanda heç kim bundan sonra  Vasif Talıbovun hakimlərinin çıxaracağı hökmlərin ədalətin təcəssümü olduğuna inanmır: “Məhz bu səbəbdən də Naxçıvandakı bütün hakimlərinin işdən uzaqlaşdırılması və onların yerinə yenilərinin gətirilməsi lazımdır. Əks halda hakimlərin dövlət adından çıxaracağı qərarların heç bir mənəvi legitimliyi olmaya, nəticədə dövlətin adillik sifətinə, qanunların aliliyi prinsipinə kölgə düşə bilər. Mən bilən, qanunun aliliyi Azərbaycan dövlətinin Konstitusiya ilə təsbit edilmiş 4 əsas və dəyişilməz prinsipdən biridir. Dövlət öz vətəndaşlarının qarşısında etibarlılığını bu dərəcədə itirməməlidir”.

 

Qeyd edək ki, bir neçə il əvvəl Naxçıvan şəhər Məhkəməsi Ali Sərdar Obanın öz keçmiş yoldaşı ilə nikahına xitam vermiş və onun mülkiyyətinin 2/3-ni yoldaşının  adına keçməsinə qərar vermişdi. Halbuki, həmin vaxt Naxçıvan hakimiyyəti iş adamını müflisləşdirmiş və onun müxtəlif şəxslərə 1 milyon dollardan çox borcu yaranmışdı. Obanın fikrincə, mülkiyyəti 3 yerə bölünür, onun cəmi 1 hissəsi ona çatırsa, məntiqlə borcu da eyni prinsiplə bölünməlidir. Ya da mülkiyyəti özünə qaytarılmalıdır.





Ana səhifəyə qayıt        Baxış: 6 180          Tarix: 5-07-2023, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma