Xəbər lenti


 

Ermənistanda respondentlərin 35,5%-i hesab edir ki, Azərbaycan hücum etsə, heç bir ölkə İrəvana kömək etməyəcək.

 

Ovqat.com-un məlumatına görə, bunu GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bir neçə həftə öncə keçirilən son rəy sorğusunun məlumatlarını təqdim edərkən deyib.

 

Onun sözlərinə görə, yanvar ayında keçirilən rəy sorğusunda bu rəqəm cəmi 8,7% idi: “Bununla yanaşı, respondentlərin 19,6%-i Fransanın Ermənistana hərbi yardım göstərəcəyinə inanır. 2023-cü ilin yanvarında bu rəqəm 34,2% təşkil edib”, - Navasardyan jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, respondentlərin 19,5%-i Rusiyanın Ermənistana hərbi yardım edəcəyinə inanır. Yanvarda bu göstərici 30% səviyyəsində idi.

 

İranın Ermənistana hərbi yardım göstərəcəyinə inananların faiz göstəricisi 18,6%  (2023-cü ilin yanvarında - 40%), ABŞ-a bel bağlayanlar 11,5%, - (2023-cü ilin yanvarında - 27,8%). Hindistana 6,8% (2023-cü ilin yanvarında - 25,6%), Çin 1,8% (2023-cü ilin yanvarında - 5,1%) olub.

 

Məlumata görə, iyunun 21-dən 24-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.

 

Son rəy sorğuları onu göstərir ki, hər zaman xarici havadarlarına bel bağlayan ermənilərin son vaxtlar bu ümidi də tükənib. Artıq Azərbaycanla çıxa biləcək hər hansı savaşda baş-başa qalacaqlarını anlayan ermənilərin günün reallığı ilə razılaşmaqdan başqa çarələri qalmayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 666          Tarix: 7-07-2023, 20:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma