Xəbər lenti

“Telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur”.

Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.

Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri 68 min nəfər əhalisi olan Türkmənbaşı şəhərindən 52 km şimalda, milyonlarla insanın yaşadığı Bakı şəhərindən 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 4 352          Tarix: 16-08-2023, 07:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma