Xəbər lenti


“Ermənistan Azərbaycan tərəfinin atəşə tutması ilə bağlı yalan məlumat yaymaqla məşhurdur. Bir müddət əvvəl Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Verin Şorja (Yuxarı Şorca – H.O.) bölgəsində Aİ müşahidəçilərini atəşə tutduğunu bildirmişdi. Bu məlumat Aİ tərəfindən rəsmən təkzib edilərək, ölkənin müdafiə departamentini saxta məlumat yaymamaqla əlaqədar məsuliyyətli olmağa çağırmışdı.

 

Ovqat.com xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə bilinən Avia.pro saytı Ermənistan “DTX”-nın rəsmi məlumatını şərh edərkən səsləndirib.

 

Nəşr yazır:

 

“Qafan şəhərində yerləşən Sünik hava limanı Azərbaycan tərəfindən atəşə tutulub. 

 

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Atəş zamanı hava limanında təyyarə və ya sərnişinlərin, habelə hadisə nəticəsində itkilərin olub-olmadığı məlum deyil.

 

Azərbaycan tərəfi hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Lakin Ermənistan artıq Azərbaycan tərəfinin atəşə tutması ilə bağlı yalan məlumatlar yaymaqla məşhurdur. Bir müddət əvvəl Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Verin Şorja (Yuxarı Şorca – H.O.) bölgəsində Aİ müşahidəçilərini atəşə tutduğunu bildirmişdi. Bu məlumat Aİ tərəfindən rəsmən təkzib edilərək, bu ölkənin müdafiə departamentini saxta məlumat yaymamaqla əlaqədar məsuliyyətli olmağa çağırmışdı.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 040          Tarix: 18-08-2023, 21:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma