Xəbər lenti


 

“Nə fərqi var ki, indi də Ermənistanda Azərbaycandan daha böyük bir demokratik rejim mövcuddur var, amma ölkəmizin baş nazirinin bütün bunları bacarıqla nümayiş etdirmək imkanı yoxdur”.

 

Ovqat.com xəbər verir ki, Ermənistanın “ArmenianReport” nəşrinin müəllifi Hraçya Qalustyan bu fikirdədir.

 

Müəllif yazır:

 

Biz özümüzdə nəyisə dəyişdirməliyik. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində qələbəni təmin edən strategiyanın artıq işə yaramadığı artıq göz qabağındadır... Əvvəla, o vaxt Rusiya tamamilə fərqli idi. O, öz çətinliklərə baxmayaraq, tarixi, müttəfiqlik öhdəliklərini tam şəkildə yerinə yetirdi”.

 

Bu, əsasən onunla bağlıdır ki, həmin illərdə Rusiyada demokrat Boris Yeltsin hakimiyyətdə idi, onunla ağıllı və demokrat Levon Ter-Petrosyan ortaq dil tapa bilmişdi. Vladimir Putinin isə ölkəmizin baş naziri Nikol Paşinyanla yaxşı, isti münasibətləri yoxdur. Və yenə də yumşaq söz seçdim. Əslində hər şey daha sərtdir”.

 

Məqalədə ermənilərin indiki məğlubiyyətinin ən mühüm səbəbi kimi, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə “əla münasibətləri”nin olduğu göstərilir.

 

Bundan əlavə, I Qarabağ savaşı dövründə Azərbaycanda xaos, anarxiyanın hökm sürməsinin düşmənimizin qələbə çalmasına zəmin yaratdığını xatırladan erməni analitik vurğulayır: “Bu, unudulmaması lazım olan və bizim əlimizdə oynayan amil idi... İndi isə necə deyərlər, savadlı, çox dil bilən İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gələnlərin gözündə Nikol Paşinyandan qat-qat üstün görünür.

 

Bəli, indinin özündə belə Ermənistanda Azərbaycandakından daha böyük bir demokratiya var. Amma ölkəmizin baş nazirinin bütün bunları bacarıqla nümayiş etdirmək imkanı yoxdur. Onunla Əliyev arasında istənilən ictimai müzakirə Azərbaycan liderinin xeyrinə başa çatır. Hətta Robert Köçəryan və Serj Sarkisyan da bu sahədə Paşinyandan qat-qat yaxşı görünərdilər.

 

Daha da irəli gedək. O vaxt Azərbaycanın qüdrətli, güclü, yaxşı maliyyələşən ordusu yox idi. Amma indi var və biz buna əminik.

 

Təəssüf ki, düşməni lazımınca dəyərləndirməmək, reallıqlar, keçmiş qələbələr və mövcud vəziyyətə dürüst qiymət vermək yox, miflərlə yaşamaq arzusu faciəmizə gətirib çıxardı. İndi bəzilərinin yeni müharibə üçün necə kampaniya apardığını görmək daha təəccüblüdür.

 

Bu müddət ərzində Azərbaycan ordusu daha da güclənib, bunu bizimkilər haqqında demək olmaz. Ən əsası isə odur ki, Bakı ilə Ankara arasında bir sıra müqavilələr imzalanıb və bu müqavilələrə əsasən onların əslində vahid ordusu var. Yəni, indi Türkiyənin yeni müharibədə Azərbaycana açıq şəkildə dəstək verməsi üçün hüquqi əsasları olacaq. Bəzi adamlara necə izah etmək olar ki, hətta Rusiya da bu amili nəzərdən qaçırmır?!

 

Azərbaycanın tamam başqa səviyyədə oynamasını da gözardı etmək olmaz. Neftini, ən əsası qazını güclü geosiyasi silaha çevirdi. İstədiyiniz qədər təkrarlaya bilərsiniz ki, Avropa Azərbaycan qazına görə özünü satdı, amma bu, heç nəyi dəyişməyəcək. Vəziyyətin necə inkişaf edə biləcəyini əvvəlcədən düşünmək lazım idi. Biz düşünmədik və indi bunun bəhrəsini alırıq.

 

Onu da qeyd edirəm ki, Türkiyə indi ötən əsrin 90-cı illərinin əvvəllərində olduğundan tamamilə fərqlidir. İndi o, qlobal siyasi arenada güclü oyunçudur. O, Suriya, Ukrayna və Cənubi Qafqaz da daxil olmaqla, eyni vaxtda bir neçə sahədə oynayır. Həm də yaxşı oynayır.

 

İş o yerə çatıb ki, artıq şoka düşmədən xəbər eşidirik - Türkiyə ilk dəfə olaraq qonşusu olmayan Avropa ölkəsinə təbii qaz ixrac edəcək.

 

Müvafiq saziş Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Macarıstanın MVM şirkəti arasında imzalanıb. Göründüyü kimi Türkiyə artıq qaz oyununa qoşulub. Bununla belə, o, Macarıstan da daxil olmaqla, bir çox dövlətləri əhatə edən türk kartını oynayır. Bundan əlavə, biz onun Rusiya Tatarıstanını necə nəzarət altına aldığını görürük.

 

Bəs Ermənistan? Məsələ budur, heç nə. Ölkəmiz bütün proseslərdən kənardadır...”

 

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 399          Tarix: 22-08-2023, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma