Xəbər lenti


 

Dünən Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Qahab kəndinə gedib.

 

Ovqat.com-un məlumatına görə, o, kənd sakinləri ilə görüş keçirib.

 

“Görüş çox yüksək səviyyədə keçdi. Fuad müəllim hər kəsin problemini bir-bir dinlədi və kəndin ümumi problemləri ilə maraqlandı , sakinlərə köhnə ibtidai məktəbin bərpa olunaraq uşaq bağçası  kimi fəaliyyət göstərməsinə köməklik edəcəyinə, yolların bərpa olunacağına, içməli və suvarma suyunun çəkiləcəyinə söz verdi”, - görüşdə iştirak edən sakinlərdən biri əməkdaşımıza bildirib. 

 

O, bütün kənd sakinləri adından Fuad Nəcəfliyə dəyərli vaxtını ayırıb vətəndaşları qəbul etdiyi üçün təşəkkürünü bildirib.

 

Maraqlıdır ki, Fuad Nəcəfli kəndə tək getməyib. Onu “xan” rejiminin ən əzazil kadrlarından sayılan Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov, Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, yeni vəzifəyə təyin olunmuş Naxçıvan MR Əmək və Sosial Müdafiə naziri Ceyhun Cəlilov müşayiət edirmiş. Bu 3 məmurun 3-nün də Fuad Nəcəfli ilə eyni rayondan olması Qahab sakinlərinin diqqətindən yayınmayıb və onlar övladlarının gələcək karyeraları xətrinə Babək rayonundan ayrılıb Şahbuza necə birləşməyin hüquqi yolları barədə düşünməyə başlayıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 7 090          Tarix: 23-08-2023, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma