Xəbər lenti


 

Azərbaycan nəhayət, ermənilərin “humanitar böhran” yalanlarını ifşa edən addımı atdı.

 

Ovqat.com-un məlumatına görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım göndərib. Yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatlarının ünvana çatdırılması nəzərdə tutulur. Təbii ki, yaxın günlərdə daha artıq maşın karvanının Xankəndinə göndərilməsi də istisna deyil.

 

Gözlənildiyi kimi, dünyaya özlərini acından ölən kimi göstərən Qarabağ separatçıları Azərbaycanın bu humanist addımına adekvat cavab verməyib.

 

“Azərbaycan səhər saatlarında növbəti təxribata başlayıb, Qızıl Aypara təşkilatının xətti ilə Akna (Ağdam) - Stepanakert yoluna 40 ton un göndərib. Artsax hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar bu yoldan istifadə etməyəcəklər (qanuniləşdirməyəcəklər), yalnız bir yol var, Artsaxı Ermənistanla birləşdirən Berdzor (Laçın) dəhlizi. Bu dəhlizdə onlarla yük maşını humanitar yardımla bir aydan çoxdur sərhəddə dayanıb”, - Qarabağ separatçılarının rəsmi Telegram səhifəsi “reartsakh” belə yazıb.

 

Separatçıların bu bəyanatı da sübut edir ki, onlar üçün humanitar yardım yox, Qarabağla Ermənistan arasında yeganə bağlantı nöqtəsi olan Laçın yolunun açılması lazımdır. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndiriləcək bu siyasətin baş tutmasına imkan veriləcəyi gözlənilmir. Qarabağdakı erməni sakinlərimiz həqiqətən də acından ölürlərsə, zəhmət çəkib paytaxtları Bakıdan göndərilən humanitar yardımları qəbul etməlidirlər. 




Ana səhifəyə qayıt        Baxış: 5 996          Tarix: 29-08-2023, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma