Xəbər lenti


Rusiyanın İrana İsrailin mövcudluğunu təhlükə altına qoyacaq silahlar verəcəyindən ehtiyat edirik”.

 

Ovqat.com-un məlumatına görə, “Mossad” ın rəhbəri Devid Barni bu gün Reichman (Rayxman) Universitetinin Antiterror Siyasəti İnstitutunun konfransında çıxış edərkən bildirib. 

 

İsrail xarici kəşfiyyat orqanının rəhbərinin bu iddiaları bu ölkə ilə Rusiya arasında gizli anlaşmaların pozulduğundan xəbər verir. İddialara görə, iki dövlət arasında razılığa əsasən, İsrail Ukraynaya, Rusiya isə İrana silah verməyəcəkdi. Həqiqətən də, İran Rusiyaya xeyli sayda kamikadze dronları versə də, hətta bu ölkədə dron istehsal edən silah fabrikası açsa da, şimal qonşumuzdan istədiyi Su-37 təyyarələrini ala bilmirdi. Bir çox mütəxəssislər məhz bu səbəbdən İranın da son zamanlar Rusiyaya məsafəli davranmağa başladıqlarını iddia edirdilər.

 

MOSSAD rəhbərinin son açıqlamaları onu göstərir ki, İran artıq Rusiya ilə arasındakı bu buzu sındıra bilib. Bu da öz növbəsində İsrailin Ukraynaya silah yardımlarına başlayacağına dəlalət edir. 

 

İsrailin Rusiya ilə münasibətlərində mötədil mövqe sərgiləməsi Netanyahu hakimiyyəti ilə Vaşinqton arasındakı əlaqələrə də təsir göstərirdi. İki strateji müttəfiq arasındakı gərginlik o yerə çatmışdı ki, Netanyahu öz nazilərinə ABŞ-lı həmkarları ilə telefon danışıqlarını belə yasaqlamışdı. Hətta bu yaxınlarda BMT qərargahını ziyarət etməyi planlaşdıran İsrail Baş nazirini Co Bayden Ağ evə belə dəvət etməmiş, onunla Nyu-Yorkda görüşməyə qərar vermişdi. İsraillə Rusiya arasında münasibətlərin kəskinləşməsi və Tel-əvivin Ukraynaya daha ciddi dəstək verməsi ehtimalı onun ABŞ-la münasibətlərini də ənənəvi məcrasına qaytara bilər (Baxmayaraq ki, Netanyahu ABŞ demokratları ilə əzəldən yola getmirdi və bu özünü Obama hakimiyyəti dövründə də büruzə vermişdi).

 

İsrail-Rusiya münasibətlərinin korlanması Suriya sahəsində də yeni münasibətlər sisteminin yaranmasına səbəb ola bilər. Belə ki, İsrail Rusiyadan nə qədər uzaq olsa da, Rusiya İsrailə bir o qədər yaxın məsəfadədir. Bu da Rusiyanın Suriyada hərbi qüvvələrini yerləşdirməkdən irəli gəlir və İsrail üçün ciddi təhdid yaradır. Üstəlik, Rusiya Suriya cəbhəsində İsrailin ən böyük düşməni İranla da bir yerdədir və bu, təhdidi artıran amil kimi ortaya çıxır. 

 

Suriyada İsrailin ciddi təhdidlə qarşı-qarşıya qalması onu Türkiyə ilə daha da yaxınlaşdıra bilər. Zira Türkiyə də Suriyada eyni təhlükə ilə üzləşir, hətta PKK/PYD qruplaşmasına qarşı mübarizədə Rusiya hərbi hava qüvvələrinin əngəli ilə qarşılaşır. Bu ortaq təhdidlər İsraillə Türkiyəni daha da yaxınlaşmasına zəmin yaradır.

 

Sirr deyil ki, İsraillə Türkiyənin ortaq hədəflərindən biri də İsrail qazının qardaş ölkə üzərindən Avropaya nəqli projesidir. Baxmayaraq ki, son G-20 zirvəsində Hindistan-Yaxın Şərq-Avropa dəhlizi barədə region dövlətləri arasında müqavilə imzalansa da, sözügedən sənəddə hidrogen qazı və alternativ enerji mənbələrinin nəqli nəzərdə tutulur. Bu da təbii qaz sonrası dövr üçün gözdən keçirilə bilər. Hazırda isə Rusiya enerji mənbələrindən imtina edən Avropa üçün təcili karbohidregen yanacağına ehtiyacı var. İsraildən və ərəb dövlətlərindən Avropaya ən ucuz və qısa enerji nəqli Türkiyədən keçir və bu zərurət haqqında danışdığımız iki dövləti eyni hədəfdə birləşdirir. Bir sözlə, İsraillə Türkiyə arasında ortaq təhdidlər olduğu kimi, ortaq maraqlar da var.

 

Sözsüz ki, beynəlxalq münasibətlərdə yeni konyukturaların ortaya çıxması, xüsusilə Türkiyə və İsrailin yaxınlaşması ehtimalı bizim coğrafiyamızdan da təsirsiz ötüşməyəcək. Son zamanlar gərginləşən Azərbaycan-Ermənistan münasibətlərində İrəvanın yeni himayədar axtarması və ABŞ-a meyllənməsi açıq-aşkar hiss olunur. Azərbaycanın regionda əsas müttəfiqləri isə Türkiyə və İsraildir. Onların eyni hədəflərdə birləşməsi və Rusiya ilə aralarında məsafələrin yaranması ABŞ-la daha çox yaxınlaşmasına yol açır. Nəticədə Cənubi Qafqazda Türkiyənin də mövqeyini gücləndirir. Xüsusilə də Qarabağ ermənilərinin Rusiyadan kənar yaşamaq ehtimalının olmaması və dolayısıyla Cənubi Qafqazda Moskvanın əsas istnadgahına çevrilməsi, ən əsası, regional sülhü əngəlləyən mövqedən çıxış etməsi istər-istəməz İrəvanın da manevr imkanlarını daraldır. Nəzərə alsaq ki, Ermənistan həm də Cənubi Qafqazdakı Rusiya ordusunun əsas bazasına ev sahibliyi edir, onun öz keçmiş himayədarından tamamilə və dərhal imtina etməsi də mümkün görünmür. Bu da Azərbaycanın və müttəfiqlərinin ABŞ nəzdində strateji əhəmiyyətini artıra bilər.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 920          Tarix: 10-09-2023, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma