Xəbər lenti


 

“Azərbaycanın erməniləri Qarabağda saxlamaq istəməsinin  başqa səbəbi var: Qarabağda erməni qalmasa, rəsmi Bakı azərbaycanlıların Zəngəzura qaytarılması ilə bağlı mübahisəni uduzacaq”.

 

Ovqat.com-un məlumatına görə, bunu Erməni Milli Konqresinin (EMK) sədr müavini Levon Zurabyan 168.am “Pressinq” proqramına müsahibəsində deyib.

 

Zurabyanın sözlərinə görə, Qarabağdan sonra Azərbaycanın gündəmində növbəti məsələ Zəngəzur dəhlizi olacaq və bütün bunların əsas günahkarı Nikol Paşinyandır: ““Artsax”dan sonra Azərbaycanın gündəmində olan növbəti məsələ Zəngəzur dəhlizidir. Bu, “Artsax”ın son fəthindən daha təhlükəlidir. Bu məsələdə İran yenidən bölüşdürmənin əleyhinə olacaq. Digər oyunçular da öz maraqlarına əsaslanaraq bunun əleyhinə olacaqlar. Amma bu o demək deyil ki, Azərbaycan və Türkiyə öz məqsədlərindən əl çəkəcəklər. Bu vəziyyəti isə Nikol yaradıb”.

 

Ermənistanın müstəqilliyinə və suverenliyinə heç kimin Paşinyan qədər ziyan vurmadığına inanan Zurabyan fikrini belə izah edib: “Ona elə gəlirdi ki, Putinin qarşısında dayanıb onu günahlandırmaq müstəqillikdir. Müstəqillik poza deyil. Müstəqillik ordunuzun və iqtisadiyyatınızın qüdrəti, düzgün müttəfiq seçimidir”.

 

Erməni millətçisi Qarabağdakı vəziyyətə də toxunaraq deyib: “Azərbaycan bütün yolları bağlayıb və deyir: evakuasiya olmayacaq, inteqrasiya olacaq. Sual: Mən sistemli erməni nifrətindən əziyyət çəkən bir ölkənin vətəndaşı olmaq istəmirəmsə? Bu o deməkdir ki, sən separatçısan və həbsə düşəcəksən”.

 

Zurabyan İlham Əliyevdən ermənilər üçün heç bir xeyir gözləmir. “Atasında erməni nifrəti yox idi, amma özündə var. O, inteqrasiyanı başqa cür təsəvvür edir: onların çoxu həbsxanaya göndəriləcək, qalanları qul statusunda yaşayacaqlar”, - deyə Levon Zurabyan bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 994          Tarix: 22-09-2023, 04:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma