Xəbər lenti


Gürcüstan parlamentinin 100-dən az üzvü prezident Salome Zurabişvilinin istefaya göndərilməsinə səs verdiyi üçün impiçment baş tutmayıb. 

 

Ovqat.com-un məlumatına görə, iclasda cəmi 87 deputat iştirak edib və onlardan 1-i bitərəf qalmaqla digər 86 deputat impiçment təklifinin lehinə səs verib.

 

Prezidentin vəzifəsindən kənarlaşdırılması üçün təklif 150 deputatdan ən azı 100-nün, yəni parlamentin üçdə ikisinin səsini almalı idi.

 

Gürcüstan müxalifəti səsvermədə iştirak etməyib.

 

Maraqlıdır ki, impiçment təklifi Gürcüstanın Konstitusiya Məhkəməsi tərəfindən də dəstəklənirdi. Sentyabrın 16-da məhkəmə qərar vermişdu ki, prezident hökumətin icazəsi olmadan Avropa ölkələrinə işgüzar səfərlər edərək “fundamental qanun pozuntularına” yol verib. Bundan sonra təklif baxılması üçün parlamentə təqdim olunmuşdu. 




Ana səhifəyə qayıt        Baxış: 4 265          Tarix: 19-10-2023, 07:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma