![](/templates/Wmediat51/images/vetendash.jpg)
Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krımda Rusiyanın Qara dəniz donanmasına aid desant gəmilərini vurub.
Ovqat.com-un Ukrayna Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ukrayna ordusu Rusiya tərəfindən ilhaq edilmiş Krımda əməliyyat keçirib.
Əməliyyat nəticəsində Rusiya Qara dəniz donanmasına aid zirehli texnika ilə yüklənmiş desant gəmilərinin vurulduğu bildirilib, lakin vurulan gəmilərin sayı barədə məlumat verilməyib.
Ukrayna mətbuatının iddiasına görə Rusiya ordusuna aid 2 desant gəmisinin vurulub.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ordusunun gecə saatlarında Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma cəhd etdiyi bildirilib.
Açıqlamada Krım və Rusiyanın Tula bölgəsi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 3 İHA-nın məhv edildiyi iddia olunur.
Paylaş: