İsraillə əldə olunan razılaşma çərçivəsində 4 günlük müvəqqəti atəşkəs elan ediləcək və bu müddət ərzində 150 fələstinliyə qarşılıq 50 israilli girov sərbəst buraxılacaq.
Ovqat.com-un məlumatına görə, HƏMAS-ın yaydığı yazılı açıqlamamada bildirilir.
Açıqlamada qeyd olunub ki, Qətər və Misirin köməyi ilə uzun müddətli məsləhətləşmələr nəticəsində bu qərara gəlinib.
Razılaşmaya əsasən, hər iki tərəfin sərbəst buraxacağı girovlar 19 yaşından kiçik qadın və uşaqlardan ibarət olacaq.
Bildirilir ki, 4 gün davam edəcəyi razılaşdırılan atəş müddətində humanitar yardım və yanacaq daşıyan yüzlərlə yük maşın Qəzza zonasına daxil olacaq, yardımlar bölğənin hər hər tərəfinə göndəriləcək.
İsrailin məlumatına görə, Qəzza zonasında HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadası tərəfindən 239 İsrail əsgəri əsir götürülüb.
Paylaş: